Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6864/2023 21.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Bəkirzadə Fidumə Akif qızının katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-6864/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-001062 saylı barışıq sazişi Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin avqust ayından başlayaraq hər ayın 10-dək cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi hissəsində təsdiq edilmişdir. Ərizəçi ərizəsində 100 manat dövlət rüsumunun ona qaytarılmasını xahiş etsə və ərizəsi tam həcmdə təmin edilsə də, qətnamənin nəticə hissəsində rüsum məsələsinə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. Mülki Prosessual Məcəllənin 229.2-ci maddəsinə müvafiq olaraq, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyul 1997-ci il 2 №-li qərarında göstərilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblərdən hər hansı biri, cavabdehin qarşılıqlı tələbi, mübahisə predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi baxılmamış saxlanıldıqda, həmin tələblər üzrə əlavə qətnamənin çıxarılmasına o şərtlə yol verilir ki, bu tələblər üzrə işdə iştirak edən şəxslər sübutlar təqdim etmiş və izahatlar vermiş olsunlar. Əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydasında həyata keçirilir”. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, 2(001)-6864/2023 saylı iş üzrə Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, nəhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Əlavə qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Əlavə qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-6864/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(001)-6864/2023
21.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver