Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6899/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi əri xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi əri xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən əri X6 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə vəfat etmiş və Göyçay rayon Bığır qəbiristanlığında dəfn edilmişdir. Bir sıra sənədləşmə işlərinin tərtib edilməsi, mərhumun qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılması üçün X3 ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə o, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Poliklinikasına və Maraqlı şəxsnə yazılı ərizə ilə müraciət etmiş, lakin poliklinika tibbi arayışı, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Ona görə də, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Göyçay rayon Bığır kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-JQ № 332023 saylı xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə X1 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01 saylı qeyd aparılmışdır. Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X3 adına ünvan 1 ünvanı üzrə daxil olan çağırışa həkim gələrək kişi cinsli meyid aşkar etmişdir. Göyçay rayon Bığır Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 34 saylı arayışından müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Göyçay rayon Bığır qəbiristanlığında dəfn edilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 244 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 15 saylı Şəhər poliklinikasına heç bir müraciəti qeydə alınmadığından və adına ambulalor karta açılmadığından ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, bacısı Ərizəçi əri xx.xx.1966cı il təvəllüdlü X6 xx.xx.2022-ci tarixdə yaşadığı evdə ölmüş və Göyçay rayon Bığır qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, xərçəng xəstəsi olan atası xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Göyçay rayon Bığır qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, qardaşı xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə ölmüş və Göyçay rayon Bığır qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/q-2727/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, X3 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-6899/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6899/2022
19.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver