Məhkəmə qərarları › İş №2(001)-6937/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6937/2022

14.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6937/2022 14.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 iyul 1969-cu il təvəllüdlü X3 27 oktyabr2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 31 iyul 1969-cu il təvəllüdlü əri X8 27 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Bu günə qədər ölümü təsdiq edən sənədi almamışdır. Bəzi sənədləşdirmə işləri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın , qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin Maraqlı şəxs məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısının qaynı qızıdır. Ərizəçinin əri X8 “serroz” xəstələyindən əziyyət çəkirdi. Mərhum 27 oktyabr 2022-ci ildə yaşadığı evdə qəflətən ölmüş və onu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, ərizəçi onun qaynı qızıdır və anası uşaq vaxtı ərizəçini qoyub getdiyindən, ona nənəsi və o, baxmışdır. Ərizəçinin həyat yoldaşı 27 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə qəflətən rəhmətə getmiş və onu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. O, yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, onun qaynının qızıdır. Ərizəçinin həyat yoldaşı X8 “serroz” xəstələyindən əziyyət çəkirdi və 27 oktyabr 2022-ci il tarixdə yaşadığ evdə qəflətən rəhmətə getmişdir. Onu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər və o, yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 109442 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasında nikah 10 avqust 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Leyla nikah evində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 avqust 2004-cü il tarixdə 619 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Kazımova” soyadı verilmişdir. İş materiallarında olan AA ******* №-li Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X8 31 iyul 1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyasının 27 oktyabr 2022-ci il tarixli Arayışından görünür ki, 27 oktyabr 2022-ci il tarixdə saat 09:34-də Bakı şəhəri, Biləcəri qəsəbəsi, T.Yaqubov İ döngə ünvana X3 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Abşeron rayon Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X8 27 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad ərazisindəki qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyi” Publik Hüquqi şəxs 15 №-li Şəhər Poliklinikasının 01 noyabr 2022-ci il tarixli 245 №-li məktubundan görünür ki, 27 oktyabr 2022-ci il tarixdə vəfat etmiş xx.xx.1969-cu il təvəllüdlü X3 15 saylı Şəhər Poliklinikasında heç bir xəstəliklə müraciəti qeydə alınmayıb və adına ambulator karta açılmayıb. Bu səbəbdən ölüm haqqında sənədin verilməsi imkanları xaricindədir. İş materiallarında olan Maraqlı şəxsndən Ərizəçi ünvanlanmış 01 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, X3 adına tərtib olunmuş ölüm haqqında tibbi şəhadətnaməolmadığı üçün X8 üçün ölüm haqqında şəhadətnamə almaq barədə Ərizəçi ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, 31 iyul 1969-cu il təvəllüdlü X3 27 oktyabr 2022-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 31 iyul 1969-cu il təvəllüdlü X3 27 oktyabr 2022-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 31 iyul 1969-cu il təvəllüdlü X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar