Məhkəmə qərarları › İş №2(001)-6970/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6970/2022

17.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6970/2022 17.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Əli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs ASC cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla “Barışıq sazişi”nin 2.1.1-ci maddəsinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 2009-cu il tarixdən 2021-ci tarixi "xxxx" ASC-də mühafizə xidməti üzrə müxtəlif vəzifələrdə çalışmış, 13 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş 1039/K nömrəli əmrə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. Əmək kitabçasını "xxxx" ASC-dən təhvil aldıqda sonra əmək kitabçasında yalnışlıqların olduğunun şahidi olmuşdur. Belə ki, o, "GESCO 2009-cu ildən işlədiyi halda əmək kitabçasında 21 avqust 2013-cü ildən 41 nömrəli əmrə əsasən mühafizəçi vəzifəsinə işə qəbul olunduğu qeyd olunmuşdur. Bununla əlaqədar olaraq, ilk öncə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinə müraciət müraciətimə cavab olaraq həmin idarənin 22 sentyabr 2021-ci il tarixli ********* nömrəli cavab məktubunda müraciətinin onun iştirakı ilə araşdırılması məqsədi həmin idarəyə gəlməyi istənilmişdir. Daha sonra, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin oktyabr 2021-ci il tarixli **********1 nömrəli cavab məbtubunda, “müraciətiz ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində "əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən cəmiyyət rəhbərliyi ilə Sizin aranızda xx.xx.2017-ci il tarixində bağla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verildiyi, son haqq hesabınızı əmək haqqı bank hesabınıza köçürüldüyünün məlum olduğu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində müqaviləsi bildirişi" alt sisteminin yaranmasından əvvəlki illər üçün "xxxx" AS işləməyinizlə bağlı əmək kitabçanıza müvafiq qeydiyyatın aparılması üçün cəmiyətin rəhbərliyinə müraciət etməyin məqsədə uyğunluğu qeyd olunmuşdur” Daha sonra, qeyd olunan məsələ ilə bağlı 1 saylı "Bakı Dost Mərkəzinə" müraciət etmişdir. Ona mərkəz tərəfindən "sığorta olunan hesabı" adlı sənəd təqdim edildi. Sənəddə açıq aydın görünür ki, o, "xxxx" ASC-də 2009-cu ildən fəaliyyət göstərmişdir. Belə ki, 2009-2021-ci iləri əhatə edən dövrlər üzrə aldığı məvacibə uyğun olaraq ondan sığorta pulu tutulmuşdur və həmin sığorta üzrə tutulmalar sənəddə qeyd olunmuşdur. Daha sonra, əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və bu məlumatların mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi ilə bağlı cəmiyyətin özünə şifahi müraciət etmişdir. Lakin, cəmiyyət tərəfindən müraciətinə müsbət cavab verilmədi. Əsas gətirildi ki, məhkəmə qətnaməsi olmadan əvvəlki illər üçün "xxxx" ASC-da işləməyi ilə bağlı əmək kitabçasında müvafiq qeydiyyat apara bilinməz. Bu səbəbdən məhkəməyə müraciət etməmişdən öncə, "Mediasiya haqqında qanunun tələblərinə uyğun olaraq "əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və ödənilməyən əmək haqqının ödənilməsi tələbi" üzrə əmək mübahisəsi ilə əlaqədar olaraq Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etməli olmuşdur. 14 fevral 2022-ci il tarixində Birinci tərəf olaraq o Ərizəçi, İkinci tərəf "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X5 və Mediasiya xidməti göstərən şəxs Bakı 2 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən X1 iştirakı ilə "Mediasiya presesinin tətbiqi və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə, 03 mart 2022-ci il tarixində isə Birinci tərəf olaraq o-Ərizəçi, İkinci tərəf "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X5 və Mediasiya xidməti göstərən şəxs Bakı 2 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən X1 iştirakı ilə "Barışıq sazişi” imzalanmışdır.

3. Qeyd olunan "Barışıq sazişi"nin 2.1.1-ci maddəsinə əsasən, İkinci tərəf işçisi olduğu Birinci tərəfin əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və bu məlumatların mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsini öz öhdəsinə götürməlidir. Birinci tərəfin işə qəbul tarixi adına ödənilən sosial sığorta haqqının ödənilməsi tarixindən müəyyən olunur. "Barışıq sazişi"nin 2.1.2-ci maddəsinə əsasən isə, İkinci tərəf ödənilməyən əmək haqqı, istifadə edilməyən məzuniyyət haqqı və sair ödəmələrin əvəzinə 500 (beş yüz) manat məbləğində Birinci tərəfə kompensasiya ödəməlidir. "Barışıq sazişi"nin qeyd olunan maddəsi "xxxx" ASC tərəfindən artıq icra olunmuşdur. Yekunda tərəflərə 10 mart 2022-ci il tarixli, MSB/2-00258 saylı "Mediasiya prosesinə xitam verilməsi barədə" protokol təqdim olunmuşdur. Bağlanmış barışıq sazişinin üzərindən xeyli müddət keçsə də, "xxxx" ASC "Barışıq sazişi"nin 2.1.1-ci maddəsinin icra olunmasından imtina edir. Hətta, bununla bağlı "xxxx" ASC-yə rəsmi müraciətdə ünvanlamışdır. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

4. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, barışıq sazişinin icrası ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət edilmişdir. Lakin onlara verilən cavabdan görünür ki, onlara, barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, məhkəmə qərarı olmadan barışıq sazişinin icrası mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. 0062116 seriyalı Ərizəçi məxsus olan əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.2013-cü il tarixli, 428 №-li əmrlə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Maraqlı şəxs ASC-yə işə qəbul olunanadək əmək stajının olmadığı qeyd edilmişdir.

7. xx.xx.2021-ci il tarixli, 1039/R saylı əmrlə Ərizəçi AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) vəzifəsindən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir.

8. DSMF PHŞ SSFU üzrə Mərkəzi Filialı tərəfinədn verilən sığortaolununan Ərizəçi sığorta hesabından görünür ki, Ərizəçi Maraqlı şəxs ASC-dən 2009-cu ilin fevral ayından sığorta ödənişləri alır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Ərizəçi ünvanlanan 08 oktyabr 2021-ci il tarixli xx.xx.2021-ci il tarixli müraciətinə cavab məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində "əmək müqaviləsi bildirişi" alt sisteminə tərəfimizdən baxış keçirilərkən cəmiyyət rəhbərliyi ilə onun rasında xx.xx.2017-ci il tarixində bağla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verildiyi, son haqq hesabın isə əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində müqaviləsi bildirişi" alt sisteminin yaranmasından əvvəlki illər üçün "xxxx" ASC-də işləməsi ilə bağlı əmək kitabçasına müvafiq qeydiyyatın aparılması üçün cəmiyətin rəhbərliyinə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir.

10. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ünvanlanan xx.xx.2022-ci il tarixli 151 №-li məktubdan görünür ki, "xxxx" ASC cəmiyyətin keçmiş əməkdaşı Ərizəçi xx.xx.2009-cu il tarixindən müəssisədə çalımasına baxmayaraq, onun əmək fəaliyyəti EİS-də xx.xx.2013xx.xx.2021-ci il tarixləri kimi qeyd edildiyindən texniki səhv nəticəsində baş vermiş xətanın aradan qaldırılması üçün EİS-də müvafiq qeydiyyatın aparılmasına dair icazə verilməsi xahiş edilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli 151 №-li müraciətə xx.xx.2022-ci il tarixli məktubla verilən cavab məktubundan görünür ki, "xxxx" ASC-yə müvafiq sənədlərin təqdim ediləcəyi təqdirdə müraciətə baxılacağı barədə məlumat verilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən "xxxx" ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli **********9 saylı məktubdan görünür ki, elektron informasiya sistemində real vaxt rejimində daxil edilmiş əmək müqaviləsi bildirişinin işəgötürən tərəfindən etibarsız hesab edilməsi 24 saat ərzində mümkündür. Müəyyən edilmiş həmin vaxt müddəti bitdikdən, bununla bağlı müvafiq qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, məhkəmə tərəfindən əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməli və həmin bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində etibarsız edilməsi hüququ X6 Xidmətinə həvalə olunmalıdır.

13. xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, birinci tərəf: Ərizəçi, ikinci tərəf Maraqlı şəxs ASC və üçüncü tərəf Bakı 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X4 arasında əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və ödənilməyən əmək haqqının ödənilməsi tələbindən irəli gələn mübahisəni mediasiya prosesi barədə həll edilməsi barədə barışıq sazişi imzalanmışdır.

14. Barışıq sazişinin şərtləri:

15. - 2.1.1. İkinci Tərəf işçisi olduğu Birinci Tərəfin əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və bu məlumatın mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsini öz öhdəsinə götürdü. Birinci Tərəfin işə qəbul tarixi adına ödənilən sosial sığorta haqqının ödənilməsi tarixindən müəyyən olunur.

16. - 2.1.2. İkinci tərəf ödənilməyən əmək haqqı, istifadə edilməyən məzuniyyət haqqı və sair ödəmələrin əvəzinə 500 (beş yüz) manat məbləğində Birinci Tərəfə kompensasiya ödəyəcəkdir.

17. - 2.1.3 Sazişin 2.1.1-ci və 2.1.2.-ci maddələrində öhdəliklər yerinə yetirildiyi təqdirdə, Birinci tərəf İkinci tərəfə qarşı əmək mübahisəsindən irəli gələn maddi ziyanın ödənilməsi və əmək münasibətlərindən irəli gələn sair tələblərdən imtina edir.

18. - 2.2. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur və s.Sazişin 3.7-ci maddəsinə əsasən saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Müqavilə hər üç tərəf tərəfindən xx.xx.2022-ci il tarixində imzalanmışdır.

19. 03.11.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

20. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

21. Tərəflər arasında əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və ödənilməyən əmək haqqının ödənilməsi tələbindən irəli gələn mübahisəsi mediasiya vasitəsilə həll etmişlər və bununla bağlı xx.xx.2022-ci il barışıq sazişi imzalanmışdır. Saziş əsasında İkinci tərəf yəni Maraqlı şəxs ASC işçisi olduğu birinci tərəfin, yəni Ərizəçi əmək kitabçasında işə qəbul tarixinin düzəldilməsi və bu məlumatın mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsini öz öhdəsinə götürmüş, həmçinin ödənilməyən əmək haqqı, istifadə edilməyən məzuniyyət haqqı və sair ödəmələrin əvəzinə 500 (beş yüz) manat məbləğində kompensasiya ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Barışıq sazişinin ikinci bəndi, yəni ödənilməyən əmək haqqı, istifadə edilməyən məzuniyyət haqqı və sair ödəmələrin əvəzinə 500 (beş yüz) manat məbləğində kompensasiya ödənilməsi ilə bağlı şərt maraqlı şəxs tərəfindən icra edilmişdir.

22. Lakin barışıq sazişinin birinci şərti, yəni ikinci tərəfin(Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin) işçisi olduğu birinci tərəfin(Ərizəçi) adına ödənilən sosial sığorta haqqının ödənilməsi tarixindən müəyyən edilməklə əmək kitabçasında işə qəbul tarixində düzəlişin edilməsi və bu məlumatın mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi öhdəliyini üzərinə götürməsi barədə şərt icrasız qalmışdır.

23. Maraqlı şəxs barışıq sazişinin həmin şərtinin icra edilə bilməməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin məhkəmə qərarı olmadan hər hansı qeydiyyat aparılmasının mümkünsüzlüyü barədə imtinası ilə əsaslandırmışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

25. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

26. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

27. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

28. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

29. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

30. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun:

31. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

32. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

33. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

34. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

35. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi mediasiya mübahisələrin alternativ həlli üsullarından biridir və əmək mübahisələri zamanı ilkin mediasiyanın keçirilməsi məcburidir. Mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmadıqda mediasiya keçirilə bilər və mediasiya prosesinin nəticəsi olaraq tərəflər barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

36. İşin hallarından müəyyən edildiyi kimi barışıq sazişinin təsdiq edildiyi, yəni xx.xx.2022-ci il tarixindən keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyin icrasına nail ola bilməmişdir. Belə ki, Maraqlı şəxs ASC tərəfindən X6 Xidmətindən EİS-də ASC-nin texniki səhvi nəticəsində baş vermiş xətanın aradan qaldırılması üçün EİS-də müvafiq qeydiyyatın aparılmasına dair icazə verilməsi xahiş edilmiş, X6 Xidməti tərəfindən isə bunun üçün əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi barədə məhkəmə qərarı tələb edilmişdir. Əmək müfəttişliyi imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”-da “əmək müqaviləsi bildirişi” altsistemində X6 Xidməti tərəfindən əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməsi və bununla bağlı səlahiyyətlərin ötürülməsi nəzərdə tutulmamışdır.

37. Məhkəmə hüquqdan sui-istifadənin və digər qanun pozuntularının qarşısını almağın təmin edilməsi baxımından X3 imtinasını anlaşılan və tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişinin X3 hüquqlarını pozmadığı qənaətinə gələrək, onun təsdiq edilməsini mümkün hesab edir. Belə ki, qanunvericilikdə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişi nə qədər ki icra sənədi hesab edilmir və prosessual qanunvericilikdə mediasiyada bağlanmış barışıq sazişinin məcburi icrası məqsədilə təsdiqi mümkündür, o zaman özünün fəaliyyətindən asılı olmayan qeydiyyata alınmalı olan hərəkətlər üzrə barışıq sazişinin şərtlərinin təsdiq edilməsinin zəruriliyi qaçılmaz və qanunauyğundur.

38. Bu səbəbdən də maraqlı şəxs barışıq sazişinin icrasından könüllü imtina etməmiş olsa belə, barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Tətbiq edilən prosessual normalar:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

40. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

41. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

42. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

43. Beləliklə məhkəmə hesab edir ki, birinci tərəfin Ərizəçi, ikinci tərəfin Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti olduğu xx.xx.2022-ci il tarixdə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin 2.1.1-ci şərti, yəni “ikinci tərəfin(Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin) işçisi olduğu birinci tərəfin(Ərizəçi) adına ödənilən sosial sığorta haqqının ödənilməsi tarixindən müəyyən edilməklə əmək kitabçasında işə qəbul tarixində düzəlişin edilməsi və bu məlumatın mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi öhdəliyini üzərinə götürməsi barədə” şərt məcburi icra edilməsi üçün təsdiq edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Birinci tərəfin Ərizəçi, ikinci tərəfin Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyəti olduğu xx.xx.2022-ci il tarixdə mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin 2.1.1-ci şərti, yəni “ikinci tərəfin(Maraqlı şəxs Açıq Səhmdar Cəmiyyətinin) işçisi olduğu birinci tərəfin(Ərizəçi) adına ödənilən sosial sığorta haqqının ödənilməsi tarixindən müəyyən edilməklə əmək kitabçasında işə qəbul tarixində düzəlişin edilməsi və bu məlumatın mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi öhdəliyini üzərinə götürməsi barədə” şərt məcburi icra edilməsi üçün təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar