Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6975/2025 27.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2 iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxsnə (bundan sonra Maraqlı şəxs MMC) qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Tərəflər arasında Bakı 8 saylı Mediasiya Təşkilatında mediasiya prosesi vasitəsilə “borcun əvəzləşdirmə tələbi”nə dair 16 sentyabr 2025-ci il tarixli, MŞB/8/2025- 02054 saylı Barışıq Sazişi bağlanmışdır.
2. Ərizəçi maraqlı şəxslə aralarında mediatorun iştirakı ilə bağlanmış 16 sentyabr 2025-ci il tarixli, MŞB/8/2025-02054 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
Ərizəçinin əsaslandırması:
3. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs "xxxx" MMC ilə borcun əvəzləşdirmə tələbi ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-02054 saylı xx.xx.2025-ci il tarixli "Barışıq Sazişi"-nə əsasən Ərizəçi cavabdeh "xxxx" MMC-nin (VÖEN **********) nümayəndəsi qismində təmsil olunan X3 ona 54.250 (əlli dörd min iki yüz əlli) AZN pul borcunun olduğunu hüquqi şəxsin təmsil olunana səlahiyyətli nümayəndəsi tərəfindən qəbul və etiraf etməsi ilə razıdır, eyni zamanda cavabdeh "xxxx" MMC-nin balansında olan daşınar əmlakı **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin bu borcun əvəzi olaraq mübahisəsiz qaydada Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf "xxxx" MMC-nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında (DYP-da) bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində daşınar əmlakı onun adına özgəninkiləşdirmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. Ərizəçi cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tərəfindən **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin onun- Ərizəçi adına DİN-nin DYP orqanında özgəninkişləndirikdən sonra, **-AR-*** dövlət qeydiyyat nişanının (avtomobilin nömrəsinin) cavabdeh "xxxx" MMC-nin mülkiyyətində qalacağı ilə razıdır. Ərizəçi cavabdeh "xxxx" MMC-nin (VOEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlak (avtomobil) onun, Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı cavabdehə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Ərizəçi cavabdeh "xxxx" MMC-nin nümayəndəsi şəxsində təmsil olunan X3 təsdiq edirlər ki, Bu saziş, **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobil (daşınar əmlak) üzərindən hər-hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi qəbul ediləcək Birinci və İkinci tərəflər onu təqdim etdikdə, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsas olacaqdır. Ərizəçi və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi şəxsində təmsil olunan X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndləri üzrə cavadeh öz üzərlərinə götürdüyü öhdəlikləri pozduqları təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayır. Ancaq maraqlı şəxs tərəfindən Barışıq Sazişinin şərtlərinə əməl edilməmiş və avtomobil ərizəçinin adına keçirilməmişdir. Ərizəçi daha sonra qeyd edir ki, barışıq sazişinin şərtlərinin könüllü icra edilməməsi məhkəməyə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiqi üçün ərizə ilə müraciət etməyini şərtləndirmişdir.
Maraqlı şəxsin etirazları:
4. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları:
5. Ərizəçinin nümayəndəsi (vəkili) ərizədə qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs MMC arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 16 sentyabr 2025-ci il tarixli, MŞB/8/2025-02054 saylı Barışıq Sazişindən müəyyən edilir ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983- cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÕEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X3 (Ş\V: AA0704137, FİN:1NS6QX5, xx.xx.1982-ci il təvəllüdlü) ona 54.250 (əlli dörd min iki yüz əlli) AZN pul borcunun olduğunu hüquqi şəxsin təmsil olunana səlahiyyətli nümayəndəsi tərəfindən qəbul və etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: "xxxx" MMC-nin balansında olan daşınar əmlakı **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin bu borcun əvəzi olaraq mübahisəsiz qaydada Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: "xxxx" MMC-nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında (DYP-da) bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində daşınar əmlakı onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983- cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÕEN: **********) nümayəndəsi tərəfindən 77- AR-336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin onun Birinci tərəf: Ərizəçi adına DİN-nin DYP orqanında özgəninkişləndirikdən sonra, **-AR-*** dövlət qeydiyyat nişanının (avtomobilin nömrəsinin) İkinci tərəf: "xxxx" MMC -nin mülkiyyətində qalacağı ilə razıdır. - TƏRƏFLƏR: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: xxxxxxx, xx.xx.1983-cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlak (avtomobil) onun, Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983- cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X3 təsdiq edirlər ki, Bu saziş, **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobil (daşınar əmlak) üzərindən hər-hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi qəbul ediləcək Birinci və İkinci tərəflər onu təqdim etdikdə, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsas olacaqdır. - TƏRƏFLƏR: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: xxxxxxx, xx.xx.1983-cü il təvəllüdlü) və İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndləri üzrə İkinci tərəf öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqları təqdirdə, Birinci tərəf aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayır.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. - Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: - 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). - 47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Məhkəmənin mövqeyi:
12. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkilinin) izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
13. Tərəflər arasında Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş 16 sentyabr 2025-ci il tarixli mediasiya prosesində bağlanmış MŞB/8/2025- 02054 saylı Barışıq Sazişinin şərtlərinə uyğun olaraq tərəflər arasında “borcun əvəzləşdirmə tələbi” ilə bağlı tərəflərin razılaşması işin mübahisəsiz halıdır.
14. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
15. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.
16. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə ərizə verməkdə haqlı olmuşdur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.
NƏTİCƏ HİSSƏSİ:
19. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 355-25, 358, 360 və 362-ci maddələrinə rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanılmış 16 sentyabr 2025-ci il tarixli, MŞB/8/2025-02054 saylı Barışıq Sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÕEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X3 (Ş\V: AA0704137, FİN:1NS6QX5, xx.xx.1982-ci il təvəllüdlü) ona 54.250 (əlli dörd min iki yüz əlli) AZN pul borcunun olduğunu hüquqi şəxsin təmsil olunana səlahiyyətli nümayəndəsi tərəfindən qəbul və etiraf etməsi ilə razıdır, eyni zamanda İkinci tərəf: "xxxx" MMC-nin balansında olan daşınar əmlakı **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin bu borcun əvəzi olaraq mübahisəsiz qaydada Birinci tərəf: Ərizəçi (onun) mülkiyyətinə keçməsinə razıdır və bununla bağlı İkinci tərəf: "xxxx" MMC-nin nümayəndəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarında (DYP-da) bu saziş imzalandıqdan sonra 3 (üç) gün ərzində daşınar əmlakı onun adına özgəninkişləşmə prosesinin həyata keçirilməsi ilə bağlı müvafiq sənədlərə imza atmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri hərəkətləri etməyi öhdəsinə götürdüyü ilə razıdır. - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÕEN: **********) nümayəndəsi tərəfindən 77- AR-336 dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, “MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobilin onun Birinci tərəf: Ərizəçi adına DİNnin DYP orqanında özgəninkişləndirikdən sonra, **-AR-*** dövlət qeydiyyat nişanının (avtomobilin nömrəsinin) İkinci tərəf: "xxxx" MMC -nin mülkiyyətində qalacağı ilə razıdır. - TƏRƏFLƏR: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: xxxxxxx, xx.xx.1983-cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi tərəfindən bu daşınar əmlak (avtomobil) onun, Birinci tərəf: Ərizəçi adına özgəninkiləşdirildikdən sonra bu borc məbləği ilə bağlı İkinci tərəfə qarşı heç bir tələbdə çıxış etməyəcəyinə dair öz üzərinə öhdəlik götürür. - Tərəflər: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: 2KOMMSF, xx.xx.1983cü il təvəllüdlü) İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X3 təsdiq edirlər ki, Bu saziş, **-AR-*** dövlət qeydiyyat nişanlı, 2023-cü il buraxılışlı, BAN nömrəsi: MMBJJKL10PH078405, Ağ mirvari rəngli, "MİTSUBİSHİ L200 Minik" markalı, "Pikap" tipli avtomobil (daşınar əmlak) üzərindən hər-hansı məhdudiyyətlərin götürülməsinə əsasdır, aidiyyəti məhkəmə və İcra Orqanlarına mötəbər sübut kimi qəbul ediləcək Birinci və İkinci tərəflər onu təqdim etdikdə, aparılan icra işlərinə xitam verilməsinə və avtomobil üzərində olan hər hansı yüklülüyün götürülməsinə əsas olacaqdır. - TƏRƏFLƏR: Birinci tərəf: Ərizəçi (Ş/V AA 0550901, FİN: xxxxxxx, xx.xx.1983-cü il təvəllüdlü) və İkinci tərəf: "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi şəxsində təmsil olunan X1 mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu sazişin bəndləri üzrə İkinci tərəf öz üzərlərinə götürdükləri öhdəlikləri pozduqları təqdirdə, Birinci tərəf aidiyyəti məhkəməyə müraciət etmək barışıq sazişini təsdiq etdirmək hüququnu öz üzərlərində saxlayır.
3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Rzayev