Məhkəmə qərarları › İş №2(001)-6978/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6978/2023

24.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6978/2023 24.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişi bağlayaraq razılığa gəlmişik ki, birgə nikahımızdan olan xx.xx.2019-cu il tarixində anadan olmuş X5 və xx.xx.2019-cu il tarixində anadan olmuş X4 aliment ödəməli olan Maraqlı şəxs hər ay üçün hər uşağa 220 manat, ümumilikdə 440 manat olmaqla aliment ödəyəcək. Aliment ödənilməsi 2023-cü ilin fevral ayından başlayaraq hər ayın 10-20-si tarixləri arasında ödənilməsi barədə razılığa gəlmişik. Maraqlı şəxs övladının saxlanılması üçün hesablanmış aliment məbləğinin ödənilməsindən boyun qaçırır. Gələcəkdə eyni halın baş verməməsi istisna hal deyil. Öz öhdəliyinə biganə yanaşan birinin barışıq sazişinin şərtlərinin gələcəkdə də icra etməməsi mümkün haldır. Bu halları nəzərə alaraq hesab edirəm ki, aramızda bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən xüsusi icraat qaydasında həmin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi nəzərdə tutulmuşdur. Tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, ərizəçi isə elektron qaydada müraciət edərək himayəsində azyaşlı uşaqlarının və xəstə valideynlərinin olmasını üzrlü səbəb olaraq nəzərə alıb onun iştirakı olmadan prosesi keçirib qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı 13 saylı Mediasiya təşkilatında Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsinə dair xx.xx.2023-cü il tarixdə MŞB/13-00294 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişinin şərtlərinə görə: Tərəflər razılaşır ki, birgə nikahlarından xx.xx.2019-cu il tarixində anadan olmuş X5 və xx.xx.2019cu il tarixində anadan olmuş X4 aliment ödəməli olan Maraqlı şəxs hər ay üçün hər uşağa görə 220(iki yüz iyirmi) manat, ümumilikdə 440 manat olmaqla aliment ödəyir. Alimentin ödənilməsi 2023-cü ilin fevral ayından başlayaraq hesablanır və hər ayın 10-20 tarixlərində ödənilir. Göründüyü kimi, tərəflər arasında uşağa aliment ödənilməsi ilə bağlı mediasiya prosesində xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Ərizəçi 2023-cü ilin fevral ayından başlamaqla hər ay hər uşaq üçün 220 manat aliment ödəmək barədə öhdəlik götürmüşdür. Hazırda ərizəçi maraqlı şəxsin barışıq sazişinin şərtlərini icra etməkdən yayındığını bildirir və bu halın gələcəkdə baş verməsinin qarşısını almaq üçün barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin müəyyən edilmiş halları baxımından məhkəmə o qənaətə gəlir ki, Ərizəçi alimentin ödənilməsi ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı 13 saylı Mediasiya təşkilatında Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesinin nəticəsinə dair xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13- 00294 saylı barışıq sazişi təsdiq edilsin, barışıq sazişi Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Ərizəçi 2023-cü ilin fevral ayından başlayaraq(hər ayın 10-20 tarixlərində ödənilməsi şərti ilə) hər ay, hər uşaq üçün 220 manat aliment ödənilməsi hissəsində məcburi icraya yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar