Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6980/2023 06.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə X2 06 sentyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 06 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 17 avqust 1958-ci ildə Şəki şəhərində anadan olmuş atası X2 06 sentyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, 9 nömrəli Şəhər Poliklinikası tarəfindən verilmiş cavabda atası barəsində heç bir məlumat olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilməsinin mümkün olmamış, bu səbəbdən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı Qeydiyyat Şöbəsi də imtina vermişdir. Məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X3 ifadələrində göstərdilər ki, onlar ərizəçinin iş yoldaşıdırlar. Təxminən sentyabr ayının əvvəlində Samir işə gəlməyəndə axşam onunla əlaqə saxlayaraq atasının qəfildən ölməsini öyrənmişlər. Səhər onlar artıq yas yerinə gedərək dəfndə iştirak ediblər. Mərhum Masazır qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrin İdarəetmə X9 Şəxs Bakı Baş X8 Hüquqi Şəxs “9 Nömrəli Şəhər Poliklinikası”nın xx.xx.2023-cü il tarixli, 445 nömrəli məktubunu, Abşeron Rayon Masazır bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01/01-06-971 nömrəli arayışını, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13- 1624/23 nömrəli məktubunu, Təcili və X4 Stansiyasının 4 saylı bölməsinin xx.xx.2023-cü il tarixli “Ölüm haqqında xəbərdalıq vərəqəsi”ni tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X2 ölümünü təsdiq edən faktını müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, ərizə əsaslıdır və 17 avqust 1958-ci ildə Şəki şəhərində anadan olmuş X2 06 sentyabr 2023-cü il tarixdə ölməsinə dair hüquqi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 17 avqust 1958-ci ildə Şəki şəhərində anadan olmuş X2 06 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6980/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6980/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver