Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6981/2024 18.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1927-ci il tarixdə Füzuli rayonu, Mahmudlu kəndində anadan olmuş X1nın xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1927-ci il tarixdə Füzuli rayonu Mahmudlu kəndində anadan olmuşdur. X1 xx.xx.2024-cü ildə ölmüş və o, Bakı şəhəri Biləcəri qəsəbəsi 1 saylı qəbiristanlıqda dəfn edilmişdir. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Bakı Baş Səhiyyə Mərkəzi” X17 Xocasən Sağlamlıq Mərkəzi tərəfindən mərhumə X1nın daimi qeydiyyat ünvanının Füzuli rayonu Mahmudlu-3 kəndi olduğundan onun ölümü ilə bağlı ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmiş və müvafiq sənədin alınması üçün Binəqədi Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbi ilə Maraqlı şəxs tərəfindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktubda iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, o, ərizəçinin qardaşıdır. Mərhum onun anasıdır, xx.xx.2024-cü il tarixdə anası can verəndə onun yanında olublar. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçinin bacısıdır. Mərhum onun anasıdır, xx.xx.2024-cü il tarixdə anası can verəndə onun yanında olublar. Anası yaşılılıqda vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçinin bacısıdır. Mərhum onun anasıdır, xx.xx.2024-cü il tarixdə anası can verəndə onun yanında olublar. Anası yaşılılıqda vəfat etmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: AZ-V 044815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi atası X14, anası X4r. AZE 04044697 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1927-ci il tarixdə Füzuli rayonunda anadan olmaqla, Füzuli şəhəri, Mahmudlu -3 kəndində qeydiyyatda olmuşdur. Təcili və X7 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:40-da Çiçək yaşayış massivi ünvanında X2 meyidi (həkimə qədər ölüm) aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun vəfat edən anası - X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Anasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Xocəsən Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 müraciəti olmadığından onun vəfatı ilə bağlı sənədin alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə il tarixdə Biləcəri qəsəbəsi 1 saylı qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ərizəçinin anası – xx.xx.1927-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etmiş, lakin ərizəçinin bu faktı təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Buna görə də məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1927-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1927-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Binəqədi rayonunda ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6981/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6981/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver