Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-704/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı, 1948-ci il təvəllüdlü X4 xx.xx.2022ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X6 1948-ci ildə anadan olmuş, xx.xx.2022-ci ildə 165 saylı avtobusda vəfat etmiş, Nəsimi rayon prokurorluğu cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işini rədd etmişdir. Lakin bu günə qədər ölümü təsdiq edən sənəd alınmamışdır. Hal-hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etsə də, ərizəyə müsbət cavabdeh verilməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan ərizəçi məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi V.Hümbətov ərizəni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçi məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçrilməsini xahiş etmiş, maraqlı şəxs (nümayəndəsi) isə məhkəməyə ərizə ünvanlayaraq, ərizəçinin ərizəsinə etiraz etmədiklərini və işin həllini məhkəməsinin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1983-cü il təvəllüdlü Ərizəçi atası X6, anası X1r. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - Bakı Baş Səhiyyə Mərkəzi PHŞ 9 nömrəli Poliklinikanın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1948-ci il təvəllüdlü X4 vəfat etməsi haqqında arayışı Azərbaycan Respublikası Səhiyyə Nazrlıyı Kollegiyasının xx.xx.1918-ci l tarixli “İnsanın ölüm anının müəyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılmsı meyarları və qaydası”nın təsdiq eilməsi barədə 5 saylı qərarına müvafiq olaraq təqdim etmək mümkün olmamışdır. - Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, mərhum Ərizəçi xx.xx.2022-ci il tarixində Müşfiqabad qəbiristanlığında dəfn olunub. - Bakı şəhər Təcili və X5 Stansiyası 5 saylı bölmə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 09:18-də X6 adına təcili tibbi yardım çağırışı olmuş, xəstəyə həkimə qədər ölüm diaqnozu qoyularaq, müvafiq ilkin tibbi yardim göstərilmişdir. - Bakı şəhəri Binəqədi RPŞ tərəfindən verilən şəxsiyyət vəsiqəsinin surətinə əsasən, mərhum X6 XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur. - Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 380-c-22 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Ərizəçi müraciəti əsasında tolanmış 380-c-22 saylı materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndini, MPM-nin 307.1, 307.2.8 və 308-ci maddələrini nəzərə alaraq qeyd edir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi V.Hümbətovun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X4 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X4 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi V.Hümbətovun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1948-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-704/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-704/2023
23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver