Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7149/2024 15.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Ərizəçi xüsusi icraat qaydasında şəxslərin ölməsi faktlarının təsdiq edilməsinə dair ərizəsinin icraata qəbul mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xüsusi icraat qaydasında şəxslərin ölməsi faktlarının təsdiq edilməsinə dair ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Daxil olmuş ərizəni və ona əlavə olunmuş sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi məhkəmə tərəfindən geri qaytarılır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019cu il tarixli qərarının 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Məhkəmənin mövqeyi Hazırki ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunur ki, ərizəçi mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq iki ayrı-ayrı şəxslərin müəyyən vaxtda və şəraitdə ölməsinə dair faktları bir ərizədə göstərərək irəli sürülmüş tələb üzrə ümumi qətnamə çıxarılmasını xahiş edir. Göründüyü kimi qanunvericilik müxtəlif sayda və müxtəlif şəxslərin deyil, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair hüquqi faktın təsdiq edilməsini nəzərdə tutmuşdur. Yəni, qanunvericilik və mövcud məhkəmə praktikası baxılacaq tələb üzrə vəfat edən və ya vəfat etməsi iddia olunan şəxslər barədə ayrılıqda xüsusi icraat qaydasında baxılaraq araşdırma aparılmasını, hər bir şəxsə münasibətdə fərqli yanaşma müəyyən etmişdir. Bundan əlavə, ərizəyə qoşma edilmiş müvafiq qeydiyyat idarəsinin imtina məzmunlu cavab məktublarına da nəzər salsaq, həmin şəxslər barədə ayrı-ayrı fikir bildirməsi və qeydiyyatının da ayrılıqda aparılması müəyyən edilir. Belə olan halda ərizəçinin iki fərqli şəxslərin ölməsi faktının bir məhkəmə qərarı ilə müəyyən edilməsini tələb etməsinin də qanunauyğun olmaması təsdiq edlir. Qeyd edilən nöqsanlar xüsusi icraat qaydasında verilmiş ərizənin ona əlavə edilmiş sənədlərlərlə birlikdə müraciət edənə qaytarılması üçün əsas sayıldığından geri qaytarılmalı, ərizəçiyə qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: Ərizəçi xüsusi icraat qaydasında şəxslərin ölməsi faktlarının təsdiq edilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlər (ödənilmiş 100 AZN (qəbz **********) dövlət rüsumu FİN xxxxxxx) geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(001)-7149/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7149/2024
15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver