Məhkəmə qərarları › İş №2(001)-7197/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7197/2025

07.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7197/2025 07.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X6 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmiş və Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mərhum atasının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də, valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də, mərhum atasının ölüm faktı müəyyən edilməlidir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, ərizəsinin qəbul edilərək mahiyyəti üzrə baxılması, atası X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 24 oktyabr 2025-ci il tarixli 3-16-5/7-13-1844/25 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Abşeron Rayon Masazır Bələdiyyəsi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli 01/01-07/A-199 saylı arayışdan görünür ki, həqiqətən də X6 xx.xx.2025-ci il tarixdə rəhmətə getmiş və Masazır kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X10 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X8 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 940 saylı məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş xx.xx.1950-ci il təvəllüdlü X6 35 nömrəli şəhər Poliklinikasında tibbi qeydiyyatda deyil, heç bir müraciəti olmamışdır. Ölüm səbəbi məlum olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyildir. İş materiallarında olan Respublika Təcili və X4 Mərkəzi “PHŞ” tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 06 oktyabr 2025-ci il tarixdə X6 üçün çağırış edilmiş, həmin gün saat 22:07-də həkimə qədər ölüm, kişi cinsli meyit aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ərizəçinin anasının xalası qızı olmaqla yanaşı, X2 06 oktyabr 2025-ci il tarixdə vəfat etməsi və Masazır kənd qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ərizəçinin həyat yoldaşı olmaqla yanaşı, dayısı X2 06 oktyabr 2025-ci il tarixdə ev şəraitində vəfat etməsi və Abşeron kənd qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar