Məhkəmə qərarları › İş №2(001)-7218/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7218/2021

04.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7218/2021 04.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi, Vəkil iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27.12.1934-cü il təvəllüdlü X5 01.07.2016-cı ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 01.04.2016-cı ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 27.12.1934-cü il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında yaşamışdır. 13.07.2016-cı ildən o, türk vətəndaşı Yıldırım Ali ilə ailə quraraq Türkiyədə yaşayır. 01.04.2016-cı ildə(sonradan dəqiqləşdirilməklə) atası ünvan 1 ünvanında vəfat etmişdir. Yeni ailə qurduğu üçün ona atasını ölümü barədə xəbər verməmişlər. Atası qohumları tərəfindən dəfn edilmişdir. Uzaqda yaşadığı və ona gec xəbər verildiyi üçün vaxtında ölüm faktını təsdiq edən şəhadətnamə çıxara bilməmişdir. Ona görə də Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi 19.08.2020-ci il tarixli qəraradadına əsasən ölüm haqqında tibbi şəhadətnamə verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraata qaydasında iddia qaldırılmalı olduğu qərar göstərilmiş və AR MPM-nin 157.1.1-ci maddəsinin tələbinə əsasən həmin məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi, vəkil ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ərizənin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmədiyinə görə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, o, ərizəçinin keçmiş qardaşı arvadıdır. X13 keçmiş qaynatası olub. Qaynatası onlar ayrıldıqdan sonra rəhmətə gedib. O, mərhumun oğlu ilə boşansa da, gediş-gəliş olmuşdur. Keçmiş qaynatası xəstə olduğu üçün o, arabir onun yanına getmişdir. F.Rəsulov rəhmətə gedəndə qaynının oğlu Fərid ona zəng vuraraq onun rəhmətə getdiyini bildirmişdir. Ancaq ölüm tarixi dəqiq yadında deyil. O, evə gələndə meyit evdə olmuşdur. Həmin vaxt qonşular da var idi. 2016-cı ilin yay ayları deyildi, sərin aylar idi. Mərhum 15 il idi ki, xəstə idi və 2 il xəstə yatmışdı. Təcili yardımı da, onlar çağırmışlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X10 izahatında bildirmişdir ki, ərizəçi onun bibisidir. X13 babası olub. Babası uzun müddət yataq xəstəsi olmuş, evdə onun yanında rəhmətə getmişdir. Onlar təcilə yardıma zəng vurmuşlar. Onun anasıgil həmin vaxt rayonda olmuşdur. Ölüm tarixi 2016-cı ilin aprel ayının 1-i olmuşdur. Məhkəmə, ərizəçinin nümayəndəsi, vəkilinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 27.12.1934-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, M.Sübhi küçəsi ünvanında 01.07.2016-cı il tarixində X5 həkimə qədər ölüm halı müəyyən edilmişdir. 21 dekabr 1961-ci il tarixli AЗ seriyalı, 136159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 dekabr 1961-ci il tarixində 5520 № ilə qeyd edilmişdir. X1, anası X3r. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsinin 12.12.2019-cu il tarixli 05/Q-2621/15 nömrəli məktubuna əsasən Ərizəçi ərizəsinə cavab olaraq, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Qəbir daşının fotoşəklindən görünür ki, X11 01.04.2016-cı il tarixində vəfat etmişdir. Bakı şəhəri Təcili və X4 Stansiyasının 8 saylı yardımçı stansiyasına yazılan 21.10.2021-ci il tarixli məhkəmə sorğusundan görünür ki, təcili yardım briqadasının çağırış üçün getdiyi tarixin dəqiq müəyyən edilməsi məqsədilə, Təcili və X4 Stansiyasının 01 iyul 2016-cı il tarixli, 01/279 saylı Ölüm haqqında Xəbərdarlıq vərəqəsində çağırışın tarixi barədə stansiyada aparılmış qeydlərin surətinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi tələb edilmişdir. Bakı şəhər Təcili və X4 Stansiyasının 8 saylı Bölməsi tərəfindən məhkəmənin sorğusuna verilən 13 №-li 26.10.2021-ci il tarixli məktubdan görünür ki, arxiv sənədləri udilizasiya olunduğuna görə X9 adına olan sorğuya cavab verilməsi mümkün olmamışdır. Lakin məhkəmə iclasında Bakı şəhəri Təcili və X4 Stansiyasının 8 saylı bölməsinin müdiri X7 ilə telefon əlaqəsi yaradılmış və verilən cavabda bildirilmişdir ki, çağırış vərəqi ilin əvvəlində Baş idarə tərəfindən onlara möhürlənmiş qaydada təqdim edilir və onlar çağırış vərəqinin digər məlumatlarını istifadə edildikcə doldururlar. Həmin çağırış vərəqəsi 01.01.2016-cı ildə onlara təqdim edilib, sadəcə texniki səhv olaraq 01.07.2016-cı il qeyd edilmişdir. Bununla bağlı çağırışın tarixi də səhvən 01.07.2016-cı il kimi qeyd edilmişdir. Bu barədə müvafiq akt tərtib edilərək iş materiallarına əlavə edilmişdir. 13.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi 27.12.1934-cü il təvəllüdlü X5 qızıdır. Məhkəmə qeyd edir ki, Təcili və X6 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsində ölümün müəyyən edilmə tarixi 01.07.2016-cı il olaraq qeyd edilsə də, məhkəmə prosesinin şahid ifadələri və digər sübutlarla(akt, qəbir daşı) müəyyən dilmişdir ki, vərəqədə olan tarix texniki yalnışlıq nəticəsində 01.07.2016-cı il olaraq qeyd edilmişdir. Əslində cavabdeh 01.04.2016-cı il tarixində vəfat etmişdir. X5 01.04.2016-cı ildə Bakı şəhərində vəfat etməsi ölüm haqqında xəbərdarlıq vərəqəsi, şahid ifadələri ilə sübut olunur. Bu barədə iş materillarına məhkəmə tərəfindən tərtib edilən akt əlavə edilmişdir. Ərizəçi atasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə atasının ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi atası 27.12.1934-cü il təvəllüdlü X5 01.04.2016-cı ildə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 27.12.1934-cü il təvəllüdlü X5 01.04.2016-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.12.1934-cü il təvəllüdlü X5 (şəxsiyyət vəsiqəsi seriyası:AZE********) 01.04.2016cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar