Məhkəmə qərarları › İş №2(001)-7233/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7233/2021

07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7233/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi anası 1920-ci il təvəllüdlü X2 21.09.2003-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi anası 1920-ci il təvəllüdlü X2 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, anası 1920-ci il təvəllüdlü X4 21.09.2003-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Xırdalan şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt tələb edilmədiyi üçün o, anasının ölümü haqqında şəhadətnamə almamışdır. Hazırda məcburi köçkün kimi sənədləşmə işlərinin aparılması üçün ondan anasının ölümü barədə şəhadətnamə tələb olunduğundan o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də anası 1920-ci il təvəllüdlü X2 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 24.11.1955-ci il tarixli İJ № 228240 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, atası X6, anası X3r. Maraqlı şəxs 19.08.2021-ci il tarixli 05/Q-1482/69 saylı arayışından müəyyən olunur ki, Vətəndaşlıq vəziyyəti aktları X1 sistemində 19.08.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi açkar edilməmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 27.08.2021-ci il tarixli 726 saylı arayışından müəyyən olunur ki, X4 21.09.2003-cü il tarixdə Xırdalan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, atası Ərizəçi anası 1920-ci il təvəllüdlü X4 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölmüş və Xırdalan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, nənəsi 1920-ci il təvəllüdlü X4 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölmüş və Xırdalan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, dostu Ərizəçi anası X4 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölmüş və Xırdalan şəhər qəbrstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs 07.09.2021-ci il tarixli 1733\13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 1920-ci il təvəllüdlü X2 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 1920-ci il təvəllüdlü X2 21.09.2003-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar