Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7262/2022 23.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, ərizəçinin nümayəndəsi (anası) X4 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 23 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünə aid doğum haqqında akt qeydinin bərpa edilməsi, xx xxxx 1984-cü il tarixdə doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum akt qeydinin ata qrafasında X6, ana qrafasında X8 qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi X8 məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçi onun qızıdır. Ləman xx xxxx 1984-cü il tarixdə Ermənistan SSR-in Spitak rayonunda doğulmuşdur. Məlum köç zamanı Ləmana məxsus doğum haqqında şəhadətnamə itmişdir. Ləmanın soyadı Kərimova olmuş, 18 iyul 2006-cı il tarixdə evləndikdən sonra ona Həsənbəyova soyadı verilmişdir. Akt qeydinin bərpası ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, müsbət cavab ala bilməmiş, buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Sonda S.N.Kərimova məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, ərizəçinin atasıdır. Qızı Ləmana məxsus doğum haqqında şəhadətnamə məlum köç zamanı itmişdir. Hazırda Ləman evlidir, ərinin “Həsənbəyova” soyadını götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 digər şahid Etibar Kərimovun ifadəsinə uyğun ifadə verdi. Mülki iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X8 01 oktyabr 1983-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 20 may 1962-ci il tarixdə Ermənistanın Spitak rayonunda doğulmuşdur. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü il tarixdə Ermənistanın Spitak rayonunda doğulmuşdur. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə X9 18 iyul 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, bu zaman Ləman Etibar qızına “Həsənbəyova” soyadı verilmişdir. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 03 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə həmin orqana müraciət etmiş, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verildiyinə və hal – hazırda həmin şəhadətnamənin alınması başqa qaydada mümkün olmadığına görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizədə qeyd olunan xüsusatlar sübutlarla öz təsdiqi tapdığından ərizə təmin olunaraq X5 xx xxxx 1984-cü il tarixdə Ermənistanın Spitak rayonunda doğulmasına dair hüquqi fakt müəyyən edilərək doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X5 xx xxxx 1984-cü il tarixdə Ermənistanın Spitak rayonunda doğulmasına dair hüquqi fakt müəyyən edilsin, doğumun qeydi kitabında ata adı qrafasında “X6”, ana adı qrafasında “X8” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-7262/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7262/2022
23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver