Məhkəmə qərarları › İş №2(001)-7268/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7268/2024

28.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7268/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024 tarixli, MŞB/13/2023-01854 saylı Sazişin 3-cü (üçüncü) və 4-cü (dördüncü) bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən xx.xx.2024 tarixindən etibarən qalan borc hesablanaraq icra edilməsinə və bununla da cavabdehin hər ayın 5-dən gec olmayaraq ödəməklə öhdəlik daşıdığı gəlirinin 4/1 hissəsi miqdarında aliment və göstərilən yaşayış obyektinin icarəsindən əldə edilən gəlirin yarısının **********5422953100 saylı kart hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatına cavabdeh Maraqlı şəxs ilə yaşadığı ailə-məişət problemlərinin həlli üçün müraciət etmişdir. xx.xx.2024 tarixində Təşkilat ilə tərəflərin arasında (birinci tərəf qismində Ərizəçi, ikinci tərəf qismində Maraqlı şəxs çıxış cımək şəni ilə) mediasiya xidmətinin göstərilməsi barədə MSB 13/2023-01854 saylı müqavilə imzalanmışdır. Bu müqavilənin əsasında alınan mediasiya xidmətinin nəticəsində, xx.xx.2024 tarixində adı keçən X6 imzalanmışdır. Göstərilən Sazişə əsasən, tərəflər aşağıda göstərilən 4 (dörd) bənd üzrə razılıq əldə ediblər: 1) 24.03.1996 tarixində aralarında bağlanmış nikaha xitam verilməli; 2) Birgə nikahdan xx.xx.2011 təvəllüdlü X4 (doğum haqqında qeydiyyatın aparılma tarixi: xx.xx.2011. Qeydiyyat № 976), (Qoşma 2) birinci tərəf qismində çıxış edən Ərizəçi himayəsində qalmalı; 3) İkinci tərəf Maraqlı şəxs azyaşlı X1 iiçün nikaha xitam verildikdən sonra hər ay gəlirinin 4/1 hissəsini hər ayın 5-dən (beşindən) gec olmamaq şərti ilə birinci tərəf Ərizəçi bank hesabına ödəməli; 4) Birgə nikahda əldə etdikləri ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzillərindən əldə edilən 200 (iki yüz) manat gəlir (kirayə haqqı) tərəflər arasında bölünməli. İddiaçı ailə-nikah münasibətlərini rəsmi şəkildə yekunlaşdırmaq üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etdi və Sazişdə göstərilən ilk iki bəndin təmin edilməsini tələb etdi. Sazişdə yer alan digər iki bəndin (3-cü və 4-cü bəndlər) cavabdeh tərəfindən Məhkəmə qətnaməsi olmadan yerinə yetiriləcəyinə inanaraq, bu bəndləri mübahisələndirmədi və tələbinə əlavə etmədi. Məhkəmənin xx.xx.2024 tarixli qətnaməsi ilə Bərdə rayonu, Kolayır kəndində 04 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və 09 iyul 2011 təvəllüdlü azyaşlı X3 anası Ərizəçi himayəsində qalması təmin edildi. Beləliklə, nikaha xx.xx.2024 tarixində iddiada göstərilən şərtlərin təmin edilməsi ilə xitam verildi. Nikahın pozulması xx.xx.2024 tarixli, AZ-1 № 497580 şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Boşanma faktı 2024-cii ilin iyul ayından öz təsdiqini tapmasına baxmayaraq, xx.xx.2024-cü tarixli MŞB/13/2023-01854 saylı Sazişin 3-cü (üçüncü) və 4cü (dördüncü) bəndlərində göstərilən şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə aralarında nikah pozularkən o, qarşı tərəfə inanıb sazişin digər bəndlərini təsdiqlətməmişdir. Hazırda isə qarşı tərəf qeyd edilən barışıq sazişinə əməl etmir. Həmçinin qeyd etdi ki, o, qarşı tərəflərlə hazırda bir evdə yaşayırlar. Kami Baxşəliyebv evə bazarlıq edir, o, isə həmin praduktlardan istifadə edib yemək birişirir və qarşı tərəfdə daxil olmaqla ümumi istifadə edirlər. Bundan əlavə göstərdi ki, o, mediasiya təşkilatında bağlanmış barışıq sazişinin 4-cü bəndini başa düşməyib imzalamışdır. Həmin bəndlə bağlı ayrıca iddia qaldıraraq Bərdə şəhərində yerləşən mənzilin bölünməsini tələb edəcəkdir. Hazırda onun tələbi alimentin ödənilməsidir. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə münasibət bildirərək göstərdi ki, o, hazırda ərizəçi ilə bir evdə yaşamaqla bərabər, evin bütün təlabatını, yəni evə bazarlıq edir, kommunal və sair xərcləri ödəyir. Ərizəçi ilə razılaşmışlar ki, evdən çıxdıqdan sonra o, aliment ödəyəcəkdir. O, aliment ödənilməsinə etiraz etmir və ödəyəcəkdir. Həmçinin barışıq sazişinin 4-cü bəndi ilə bağlı bildirdi ki, onblar mediasiyada barışıq bağlayarkən həmin evdə kirayəşin qalırdı. Hazırda həmin adam evi təhvil verib, qalan yoxdur. Əgər evi kirayə verə bilsə onda qarşı tərəfə pul ödəyəcəkdir. Ümumilikdə isə ondan hər ay əmək haqqısının ¼ hissəsi həddində aliment tutulmasına etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını təqdim edilmiş sübutlar əsasında araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Ərizəyə əlavə edilmiş MŞB/13/2023-01854 nömrəli 11 yanvar 2024-cü il tarixli barışıq sazişindən görünür ki,

1. 24.03.1996 tarixində aralarında bağlanmış nikaha xitam verilməli;

2. Birgə nikahdan xx.xx.2011 təvəllüdlü X4 (doğum haqqında qeydiyyatın aparılma tarixi: xx.xx.2011. Qeydiyyat № 976), (Qoşma 2) birinci tərəf qismində çıxış edən Ərizəçi himayəsində qalmalı;

3. İkinci tərəf Maraqlı şəxs azyaşlı X1 iiçün nikaha xitam verildikdən sonra hər ay gəlirinin 4/1 hissəsini hər ayın 5-dən (beşindən) gec olmamaq şərti ilə birinci tərəf Ərizəçi bank hesabına ödəməli;

4. Birgə nikahda əldə etdikləri ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzillərindən əldə edilən 200 (iki yüz) manat gəlir (kirayə haqqı) tərəflər arasında bölünməli. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. İşin hallarından görünür ki, hazırkı halda Maraqlı şəxs tərəfindən 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi” 3-cü bəndi üzrə götürdüyü öhdəlik icra edilməmişdir. Bu hal məhkəmə iclasında Maraqlı şəxs izahatı ilə də, öz təsdiqini tapmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 3cü bəndinin məcburi icrası üçün barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə barışıq sazişinin təsdiq edilmiş 3-cü bəndi üzrə alimentin hansı tarixdən tutulması ilə bağlı qeyd edir ki, 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 3-cü bəndində alimentin tutulması nikaha xitam verildikdən sonra hər ay tutulması qeyd edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-2021/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında 24 mart 1996- cı il tarixdə Bərdə rayonu, Kolayır kəndində 04 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 3-cü bəndində alimentin tutulması nikaha xitam verildikdən sonra hər ay tutulması qeyd edildiyindən, tərəflər arasındakı isə nikah xx.xx.2024-cü il tarixdə pozulduğundan hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin ərizənin 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 4-cü bəndi ilə bağlı qeyd edir ki, həmin bənddə göstərilən aylıq kirayə haqqı ilə bağlı ödəmələrin qeyri-müntəzəm olmaqla yanaşı, belə bir öhdəliyin sazişdə qeyd edilməsi gələcəkdə onun icrasını da mümkünsüz edir. Bununla yanaşı həmin ənlakın kirayədə olması ilə bağlı heç bir rəsmi sübut (kirayə müqaviləsi və s) təqdim edilmədiyindən məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi; 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 3-cü bəndi (alimentin tutulması hissədə) təsdiq edilməli, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, 80 manat məbləğində olan hissəsi maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307 və 355-23 - 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 11 yanvar 2024-cü il tarixli, MŞB/13/2023-01854 nömrəli “Barışıq Sazişi”nin 3-cü bəndi (alimentin tutulması hissədə) təsdiq edilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, 80 manat məbləğində olan hissəsi Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar