Məhkəmə qərarları › İş №2(001)-7342/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7342/2024

03.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7342/2024 03.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X10 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməsi ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə Ərizəçi Maraqlı şəxs qismində cəlb etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X5 iştirakı ilə maraqlı şəxslə aralarında bağlanmış 06 aprel 2024-cü il tarixli, MŞB/2/2024-0266 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, barışıq sazişinə əsasən, hər iki tərəf (H.K.Hacıyeva və Maraqlı şəxs) aralarındakı nikahı davam etdirməmək, birgə nikahdan olan 27 may 2022-ci il təvəllüdlü uşaqları X8 adlı uşaqlarının ananın yanında qalması və uşağın saxlanması üçün Maraqlı şəxs hər ay 300 manat aliment ödəməsi, X2nun övladı ilə sərbəst şəkildə görüşməsini təmin etmək, X2nun Ərizəçi xx.xx.2024-cü il tarixinə qədər 15000 manat dəyərində olan qızıl və zinyət əşyalarını geri qaytarmağı öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Lakin, Maraqlı şəxs barışıq sazişinin qızıl və zinyət əşyaları ilə bağlı şərtlərini könüllü icra etməmişdir. Məhkəmənin gedişatında ərizəçi tələbini dəqiqləşdirərək barışıq sazişini 5-ci bəndə münasibətdə - yalnız qızıl və zinyət əşyaları ilə bağlı hissədə təsdiq edilməsini xahiş etmiş, məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq iclasa gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə ərizəçinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında mediator X5 iştirakı ilə bağlanmış 06 aprel 2024-cü il tarixli, MŞB/2/2024-0266 nömrəli barışıq sazişində göstərilmişdir:

1. Tərəflər qarşılıqlı olaraq bəyan edirlər ki, aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər.

2. Tərəflər razılığa gəlirlər ki, birgə nikahdan olan övladı X8 (doğum tarixi: xx.xx.2022-ci il) anası Ərizəçi yanında saxlanılacaq.

3. Maraqlı şəxs bəyan edir ki, övladı X8 üçün hər ay 300 manat aliment ödəməyi öhdəsinə götürür.

4. Tərəflər bəyan edir ki, X2 övladı ilə sərbəst şəkildə görüşə bilər.

5. Ata X1 Günel Kərim qızına 01 noyabr 2024-cü il tarixinə qədər 15000 dəyərində olan qızıl və zinət əşyalarını geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış 06 aprel 2024-cü il tarixli, MŞB/2/2024-0266 nömrəli barışıq sazişində texniki səhv olaraq qızıl zinət əşyalarının dəyərinin valyutası göstərilməmiş, bəndin müvafiq olaraq X1 Günel Kərim qızına 01 noyabr 2024-cü il tarixinə qədər 15000 Azərbaycan manatı dəyərində olan qızıl və zinət əşyalarını geri qaytarmağı öhdəsinə götürməsi kimi oxunması qeyd olunmuşdur.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-355-26.1.1-ci maddələrinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.2-ci maddələrinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, tərəflər arasında qanunamüvafiq qaydada mediasiya prosesi zamanı barışıq sazişi bağlanmış, tərəflər müəyyən olunmuş məbləğdə qızıl və zinyət əşyalarını qaytarmaqla bağlı razılığa gəlmişlər və razılıqları müvafiq barışıq sazişi ilə təsdiq edilmişdir, hazırda sözügedən sazişin ləğvi və ya etibarsızlığı, qanuna zidd olması ilə bağlı məhkəmə tərəfindən hər hansı bir hal müəyyən edilmədiyindən, hər iki tərəfin sazişin heç bir müddəasını mübahisələndirmədiklərindən ərizə təmin edilərək, ərizəçi ilə maraqlı şəxs arasında bağlanılmış barışıq sazişi alimentin ödənilməsi hissəsində təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə xərclərinə münasibətdə məhkəmə belə hesab edir k, xərclərin ərizəçinin özünə aid edilməldir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X5 iştirakı ilə tərtib olunmuş X6 ilə Ərizəçi arasında bağlanmış 06 aprel 2024-cü il tarixli, MŞB/2/2024-0266 nömrəli barışıq sazişinin V bəndi – X3 Ərizəçi 01 noyabr 2024-cü il tarixinə qədər 15000 Azərbaycan manatı dəyərində olan qızıl və zinət əşyalarını geri qaytarmağı öhdəsinə götürməsi hissəsində təsdiq edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar