Məhkəmə qərarları › İş №2(001)-7402/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7402/2021

19.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7402/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə Ərizəçi oğlu 07.03.2005-ci il təvəllüdlü Hacı-X4 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi, oğlu 07.03.2005-ci il təvəllüdlü Hacı-X4 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 07.03.2005-ci il təvəllüdlü X8 oğlu anadagəlmə iflic xəstəsi olmuş, uzun müddət müalicə olunmuş, 31.08.2021-ci il tarixdə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 2224 saylı evin 104 saylı mənzilində vəfat etmiş, Binəqədi qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Tibbi arayış almadığı üçün övladının ölümü barədə şəhadətnamə ala bilməmiş, ölüm akt qeydinin aparılması, oğluna təyin olunan pensiyanın dayandırılmasına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də 07.03.2005-ci il təvəllüdlü Hacı- X4 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Bakı şəhəri Binəqədi rayonu VVADQ şöbəsi tərəfindən 26.03.2005-ci il tarixdə verilmiş AZ-İ № 593420 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 oğlu 07.03.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası Hacı-X3r. BŞT və TTYS 16 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, 31.08.2021-ci il tarixdə Hacı-X4 adına daxil olan çağırışa gələrkən həkimə qədər ölüm, kişi cinsli uşaq meydi aşkar olunmuşdur. Binəqədi rayonu X1 10.09.2021-ci il tarixli 1335 saylı arayışından müəyyən olunur ki, X8 oğlu 01.09.2021-ci il tarixdə Binəqədi qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X5 qızı ifadəsində göstərmişdir ki, övladı 07.03.2005-ci il təvəllüdlü X8 oğlu anadagəlmə iflic xəstəsi olmuş, uzun müddət müalicə olunmuş, 31.08.2021-ci il tarixdə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Z.Qəmbərov küçəsi 2224 saylı evin 104 saylı mənzilində vəfat etmiş, Binəqədi qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, nəvəsi 07.03.2005-ci il təvəllüdlü X8 oğlu anadagəlmə iflic xəstəsi olmuş, uzun müddət müalicə olunmuş, 31.08.2021-ci il tarixdə yaşadıqları mənzilində vəfat etmiş, Binəqədi qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs 10.09.2021-ci il tarixli 1907\13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, ölüm haqqında həkim şəhadətnaməsini təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla 07.03.2005-ci il təvəllüdlü Hacı-X4 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. 07.03.2005-ci il təvəllüdlü Hacı-X4 31.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar