Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7404/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ev şəraitində ölüm faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs qismində olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 noyabr 1993-cü ildə Ağstafa rayonu Muğanlı kəndində anadan olmuş X3 19 mart 1995-ci il tarixdə Ağstafa rayonu Muğanlı kəndində ölməsi aktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Ədliyyə Nazirliyi Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələbin dəqiqləşməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmuş X2 xx.xx.1995-ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, 9 noyabr 1993-cü il təvəllüdlü övladı X1 rayonu Muğanlı kəndində anadan olmaqla həmin ünvanda yaşamış və 19 mart 1995-ci il tarixd 2 yaşında xəstəlik səbəbindən Ağstafa rayonu Muğanlı kəndində dünyasını dəyişmiş və kənd qəbirstanlığında dəfn edilmişdir. Onun ölməsi barədə tibbi şəhadətnamə almaq üçün Ağstafa Rayon Mərkəzi X9 Şəxsin müraciət etdikdə həmin xəstəxanadan 04 noyabr 2025-ci il tarixdə gələn cavabda Leyla Omarovanın adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan başqa, Leyla Omarovanın ölməsi barədə şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdikdə həmin şöbədən 22 oktyabr 2025-ci il tarixd gələn cavabda X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilmədiyi qeyd edilmiş və ölümün qeyd alınmasından imtina edilmişdir. Həmçinin, Ağstafa Rayon Qeydiyyat Şöbsi tərəfindən tərtib edilmiş 22 oktyabr 2025-ci il tarixli arayışda X2 barəsində Ağstafa rayon qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Leyla Omarovanın 19 mart 1995-ci il tarixd vəfat etməsi faktını 15 oktyabr 2025-ci il tarixli Ağstafa Rayon İcra Hakimiyyati Başçısının Muğanlı kənd icra ərazi dairəsi üzrə nümayəndəsi Nazim Yusifov tərəfindən tərtib edilməklə imzalanmış və müvafiq möhürlə təsdiq edilmiş arayış və həmin tarixdə tərtib edilmiş akt da sübut edir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçi X7 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, həmin tarixlər ölkə ərazisində vəziyyətin gərgin olması və özünün hərbi sahədə xidməti ilə əlaqədar vaxtında şəhadətnamə verilməsi üçün müraciət edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” - Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan Ağstafa Rayon İcra Hakimiyyətinin Muğanlı kənd nümayəndəliyi tərəfindən verilmiş 12,01,1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.11,1993-cü il tarixdə Ağstafa Rayonu Muğanlı kəndində doğulmuşdur, atası Ərizəçi, anası isə X8r. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Ağstafa Rayon Mərkəzi X9 Şəxsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, "Ağstafa Rayon Mərkəzi Xestaxanası" X19, 03 noyabr 2025-ci il tarixli ərizəyə cavab olaraq bildirir ki, X4 Ağstafa RMX PHŞ-i tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 413 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ağstafa rayon Muğanlı sakini xx.xx.1993-cü il təvəllüdlü X6 xx.xx.1995-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində vəfat etrnişdir. Mərhum xx.xx.1995-ci ildə Ağstafa rayonunun Muğanlı kənd qəbristanlıığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. X20 09,11,1993-cu il tarixdə anadan olmuş, 2 yaşı olarkən xəstəlikdən ev şəraitində qəfil xx.xx.1995-ci il tarixdə vəfat etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini və mərhumu tanıyır. Ərizəçi onun qardaşıdır. Qardaşı qızı xx.xx.1995-ci il tarixdə vəfat etdi. Özü yas mərasimində və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı qızı Leyla xx.xx.1995-ci il tarixdə vəfat etdi. Özü yas mərasimində və dəfnində iştirak etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmuş X2 xx.xx.1995-ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində doğulmuş X2 xx.xx.1995ci il tarixdə Ağstafa rayonu, Muğanlı kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-7404/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7404/2025
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver