Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-747/2022 21.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 1 küçəsi 5 saylı evin paylara uyğun naturada bölünməsi tələbinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh Cavabdeh İddiaçı2 qarşı ünvan 1 küçəsi 5 saylı ev ünvanında inşa edilmiş özbaşına tikilinin, həmin evdən ümumi yola və həyətyanı sahəyə açılan qapıların, ümumi həyətdə tikilən mətbəxin, həyətin görüntüsünü çəkən iki kameranın onun mülkiyyətindən istifadə etməsinə maneə yaratdığına görə sökülməsinə dair qarşlıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 1 küçəsi 5 saylı evin paylara uyğun naturada bölünməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı2 qarşı ünvan 1 küçəsi 5 saylı ev ünvanında inşa edilmiş özbaşına tikilinin, həmin evdən ümumi yola və həyətyanı sahəyə açılan qapıların, ümumi həyətdə tikilən mətbəxin, həyətin görüntüsünü çəkən iki kameranın onun mülkiyyətindən istifadə etməsinə maneə yaratdığına görə sökülməsinə dair qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, eyni zamanda iddiaçı X3 nümayəndəsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı2 ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, qanun üzrə vərəsəliklə atasından qalan, daha sonra isə anasının ölümü ilə onun payı da daxil olmaqla ünvan 2 ünvanında yerləşən birmərtəbəli sahəsi 93,4 m2 olan 3 otaqlı yaşayış sahəsi onların paylı mülkiyyətindədir. Cavabdeh olan qardaşları İddiaçı2 ailəsi ilə birlikdə həmin evin bütün yaşayış otaqlarından istifadə edir, bu isə onlara həmin yaşayış sahəsindən payları üzrə istifadə etməyə imkan vermir va çətinlik yaradır. Dəfələrlə öz aralarında birgə istifadə ilə bağlı razılıq əldə etməyə çalışsalar da bu mümkün olmamışdır. Əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona gələcək mümkün sərəncam imkanlarını çətinləşdirir. İş üzrə keçirilən ekspertiza ilə onun inşa etdiyi tikililərin onların istifadələrində olan torpaq sahəsində yerləşmədiyi, açdığı qapıların quraşdırdığı kameraların cavabdehə hər hansı bir maneə yaratmadığı müəyyən olunmuşdur. Ona görə də qarşılıqlı iddia ərizəsinin təmin edilməməsinə, ilk iddia ərizəsinin təmin edilərək paylı mülkiyyət hüququ ilə onlara məxsus olan ünvan 3 ünvanında yerləşən evin onlara məxsus paylara uyğun naturada bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçıların, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 İddiaçı2 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilk iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 küçəsi ev 5 ünvanında yerləşən sahəsi 93,40 m2 olan 3 otaqlı ev atasının vərəsələri kimi qardaşı İddiaçı2, bacısı İddiaçı1 və onun paylı mülkiyyətinə keçmişdir. Daşınmaz əmlakın yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinə onların yalnız istifadə hüquqları vardır. İddiaçı2 qeyd olunan torpaq sahəsində tikdirdiyi 2 otaqlı sahəsi 50 m2 olan qanunsuz tikili olmaqla, bir mülkiyyətçi kimi onun mülkiyyətində olan evdən istifadə etməsinə maneə yaradır. ünvan 1 küçəsi ev 5 ünvanında yerləşən sahəsi 93,40 m2 olan 3 otaqlı evin yerləşdiyi torpaq sahəsində cavabdeh İddiaçı2 tikdirdiyi ev buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi olmaqla özbaşına tikinti sayılır. İddiaçı2 onların istifadələrində olan torpaq sahəsində qanunsuz ev tikdirmiş, həmin evdən ümumi yola və həyətyanı sahəyə qapılar açdırmış, həmçinin ümumi həyətdə mətbəx tikdirmiş, bundan başqa evin yuxarısına həyətin görüntüsünü çəkən kamera quraşdırmışdır. O, cavabdehə dəfələrlə qeyd olunan evin tikilməsinə etiraz etdiyini bildirsə də, hər dəfə ona atalarından miras qalmış evdə iki ailə yaşaya bilməyəcəklərini ona görə də, evi tikdirməkdə məqsədinin hər ikisinin öz ailəsi ilə rahat yaşaya bilmələri olduğunu bildirmişdir. Hazırda da cavabdeh öz ailəsi ilə birlikdə həmin qanunsuz tikilidə yaşayır. O da paylı mülkiyyətlərində olan evdə öz ailəsi ilə rahat yaşamaq üçün cavabdehin istifadəsində olan torpaq sahəsində tikdirdiyi evin həyətyanı sahəsindən istifadə etmələrinə cavabdehin maneə yaratmasına, həmçinin həmin evdən həyətə açdırdığı qapı və evin üzərinə qoydurduğu kameranın ümumi həyəti çəkdiyinə görə onların istifadələrində olan həyətdə sərbəst hərəkət edə bilməmələrinə, beləliklə də hüquqlarının pozulmasına baxmayaraq aralarında olan razılaşmaya əsasən dözmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 inşa etdirdiyi qanunsuz tikilidə yaşayır, digər tərəfdən iş yerindən də ona ev verilmişdir. İddiaçı1 isə ümumiyyətlə Azərbaycan Respublikasında yaşamır, 30 ildir ki, Türkiyəyə köçüb orada yaşayır. Paylı mülkiyyətlərində olan 93,40 m2 3 otaqdan ibarət evdə o dörd ailə üzvü ilə birlikdə yaşayır və həmin evdən başqa yaşayış yerləri yoxdur. İlk iddia ərizəsi üzrə iddiaçılar isə özlərinə məxsus digər yaşayış evləri olmasına baxmayaraq mənzilin naturada bölgüsünü tələb edirlər. Lakin həmin evin naturada bölünməsi mümkün deyildir. Bunu iş üzrə keçirilən ekspertizada təsdiq etdi. Qardaşı tikdirdiyi özbaşına tikilinin ön tərəfdən, yəni yoldan giriş qapısı, həmçinin ümumi həyətlərinə də ayrıca qapıları olmasına baxmayaraq ondan ümumi həyətə giriş qapısının açarını verməyi tələb etmişdir. Ona görə də, ilk iddia ərizəsinin təmin edilməməsinə, qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdeh İddiaçı2 tərəfindən ünvan 1 küçəsi ev 5-də inşa edilmiş özbaşına tikilinin, həmin evdən ümumi yola və həyətyanı sahəyə açdırdığı qapıların, həmçinin ümumi həyətdə tikdirdiyi mətbəxin, bundan başqa evin yuxarısına quraşdırılmış həyətin görüntüsünü çəkən iki kameranın onun mülkiyyətindən istifadə etməsinə maneə yaratdığından sökülməsinə ə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 İddiaçı2 izahatını təsdiq etmişdir. 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, ilk iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Zakir Fərzəliyev küçəsi 5 saylı fərdi yaşayış evinə dair 1\12 hissədə X1, 3\12 hissədə Cavabdeh, 4/12 hissədə X3, 4\12 hissədə İddiaçı2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 129 nömrəli reyestr kitabının 11734 nömrəli vərəqində qeydiyyata alınmışdır. 1 saylı Bakı Asan xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 074623 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2075 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/983 nömrəli rəyindən müəyyən olunur ki, ünvan 1 küçəsi 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına 1/12, 3/12, 4/12, 4/12 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində dörd hissəyə bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 1 küçəsi 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bölünməsi mümkün olmadığından qərardadın 2-ci sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa olunmuş fərdi yaşayış evinin ümumi sahəsi 41,2 m2 təşkil etdiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikililər tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin yerləşdiyi və tərəflərin istifadəsində olan 0,04355 ha torpaq sahəsində yerləşmədiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikililər tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin yerləşdiyi və tərəflərin istifadəsində olan 0,04355 ha torpaq sahəsində yerləşməşdiyini nəzərə alaraq qərardadın 5-ci sualı üzrə tədqiqat aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikilidən ümumi yola və tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin həyətyanı sahəsinə qapıların açıldığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikilidən tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin həyətyanı sahəsinə qapının açılmasına baxmayaraq, paylı mülkiyyətdə olan torpaq sahəsindən tərəflərin istifadəsinə hər hansı bir maneə yaratmadığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikilidə ünvan 1 küçəsi 5 saylı evin həyətyanı sahəsini müşahidə edən kameraların quraşdırıldığı müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.4-cü maddəsində paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Həmin Məcəllənin 220.6.-cı maddəsinə əsasən Mülki Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənini 180.4.-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin mülkiyyətçilərin paylarına uyğun naturada bölünməsi qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, İddiaçı2 tərəfindən inşa olunmuş ümumi sahəsi 41,2 m2 olan fərdi yaşayış evi və digər tikililər dövlət mülkiyyətində olan tərəflərin isə istifadəsində olan 0,04355 ha torpaq sahəsində yerləşmir, həmin tikilidən ümumi yola və tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin həyətyanı sahəsinə açılan qapılar tərəflərə istifadələrində olan torpaq sahəsindən istifadəyə maneə yaratmır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, ünvan 1 küçəsi 5 saylı evin qonşuluğunda inşa edilmiş tikilidə İddiaçı2 tərəfindən ünvan 1 küçəsi 5 saylı evin həyətyanı sahəsini müşahidə edən kameralar quraşdırılmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1 küçəsi 5 saylı evin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılması mümkün olmadığından ilk iddia ərizəsi əsassızdır ona görə də təmin edimir. Məhkəmə qarşılıqlı iddia tələbləri ilə bağlı qeyd edir ki, İddiaçı2 tərəfindən inşa olunan tikililər tərəflərin istifadəsində olan torpaq sahəsində yerləşmədiyindən, İddiaçı2 tərəfindən açılan qapılar Cavabdeh istifadəsində olan torpaq sahəsindən istifadəyə manelər yaratmadığından, tərəflər istifadələrində olan torpaq sahəsindən istifadə etməkdə bərabər hüquqlara malik olduqlarından, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular hüquqlarını pozan maraqlı şəxsin müraciəti əsasında sökülməsi mümkün olduğundan, İddiaçı2 özünün də mülkiyyətində olan evin həyətyanı sahəsinin müşahidə edən kameraların Cavabdeh manelər yarada biləcək hər hansı bir sübutlar məhkəməyə təqdim edilmədiyndən, paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılmaq istəyən mülkiyyətçilərin payına görə pul kompensasiyasının ödənilməsini tələb etmək, bu mümkün olmadığı halda isə əmlakın açıq hərracdan satılmasını və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etmək hüquqları olduğundan qarşılıqlı iddia tələbləri də əsassız olduğu üçün təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizələri üzrə ödənilən dövlət rüsumları iddiaçıların özlərinə, iş üzrə ekspertiza tədqiqatın dəyəri isə tərəflərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ünvan 1 küçəsi 5 saylı evin paylara uyğun naturada bölünməsinə dair ilk iddia ərizəsi təmin edilməsin. Cavabdeh İddiaçı2 qarşı ünvan 1 küçəsi 5 saylı ev ünvanında inşa edilmiş özbaşına tikilinin, həmin evdən ümumi yola və həyətyanı sahəyə açılan qapıların, ümumi həyətdə tikilən mətbəxin, həyətin görüntüsünü çəkən iki kameranın onun mülkiyyətindən istifadə etməsinə maneə yaratdığına görə sökülməsinə dair qarşlıqlı iddia ərizəsi təmin edilməsin. İddiaçı2 və İddiaçı1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 70 manat dövlət nəfinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 30 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-747/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-747/2022
21.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver