Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7621/2025 22.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, atası X3 xx.xx.1988-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. O, atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mərhum atasının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də, valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də, o, hesab edir ki, mərhum atasının ölüm faktı müəyyən edilməlidir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, ərizəsinin qəbul edilərək mahiyyəti üzrə baxılması, atası X2 xx.xx.1988-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda ölməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 18 noyabr 2025-ci il tarixli 3-16-5/7-13-1466/25 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə şöbə tərəfindən baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan ЗЖ seriyalı 225979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 03 fevral 1926-cı il tarixdə İrəvan şəhərində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 15 noyabr 2025-ci il tarixli 3- 16-5/8-8xx-xx/2025 saylı arayışdan görünür ki, X2 haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1926-cı il təvəllüdlü Məcid Möhsun oğlu xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 559252 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 06 iyul 2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Abşeron rayonu Mehdiabad Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 281 saylı arayışdan görünür ki, həqiqətən də mərhum X5 xx.xx.1988ci il tarixdə Mehdiabad qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan ЗЖ seriyalı 145244 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X1 arasında 27 may 1951-ci il tarixdə nikah bağlanmış və 335 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ərizəçinin qonşusu olmaqla yanaşı, X2 08 dekabr 1988-ci il tarixdə vəfat etməsi və Mehdiabad qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qaynının həyat yoldaşı olmaqla yanaşı, X2 08 dekabr 1988-ci il tarixdə vəfat etməsi, mərhumun həyat yoldaşının adının Şükufə olmasını, Ermənistandan Bakıya 1962-ci ildən gəlmələrini və mərhumun Mehdiabad qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1926-cı il təvəllüdlü X2 08 dekabr 1988-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1926-cı il təvəllüdlü X2 08 dekabr 1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1926-cı il təvəllüdlü X2 08 dekabr 1988-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7621/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7621/2025
22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver