Məhkəmə qərarları › İş №2(001)-7648/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7648/2021

21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7648/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə, daha sonra ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, qardaşı 16 avqust 1963-cü il təvəllüdlü X3 28 noyabr 1996-cı il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə bir yerdə yuxarıda qeyd olunan ünvanda yaşayır. X2 da həmin ünvanda onlarla birlikdə yaşamışdır. O zamana qədər ki, qardaşı 28 noyabr 1996-cı ildə ağ ciyər serrozundan rəhmətə getmişdir. Qardaşının 33 yaşında evlənməmiş, subay qəfil ölümü onları sarsıtmış və bir müddət həyatdan küskünlük yaratmışdır. Bu səbəbdən də onunla bağlı hər hansı bir sənəd işlərinə laqeyd yanaşmışlar, axı 33 yaşında adı kimi cavan qardaş itirmək çox ağır idi. Dediyi kimi, o vaxtlar subay, gənc, yaraşıqlı bir oğlanın ölüm haqqında şəhadətnaməsini belə almağa əlləri gəlməmişdir. Bugün Gədəbəy rayonu Arısu kəndində yerləşən ata mülkünün vərəsəliyi ilə bağlı Notariat kontoruna müraciət zamanı məlum olmuşdur ki, rəhmətlik qardaşının ölüm haqqında şəhadətnaməsinin olmaması və hadisədən 25 il keçdiyi üçün həkim arayışlarının belə qalmaması səbəbindən vərəsəlik məsələsinə baxıla bilmir. Onlara məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış 08 oktyabr 2021-ci il tarixli məktubda ərizəyə etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin və X3 bacısıdır. X14 33 yaşında, 28 noyabr 1996-cı il tarixdə ağ ciyər xəstəliyindən, yaşadığı evdə rəhmətə getmişdir. Həmin vaxt həkim çağırsalar da, həkimdən hər hansı sənəd almamışlar. Çünki, həmin vaxt qardaşının ölümü onları çox sarsıtmışdır. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısının əridir. O, ərizəçinin bacısı X5 ilə 21 noyabr 1986-cı il tarixdə ailə qurmuşdur. Quliyev Cavanşir 28 noyabr 1996-cı il yaşadığı evdə rəhmətə getmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı arvadıdır. O, 12 aprel 1980-ci il tarixdə X8 ilə ailə qurmuşdur. Quliyev Cavanşir 33 yaşında, yaşadığı evdə rəhmətə getmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZ seriyalı 493295 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 16 avqust 1963-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, atası X11, anası X7r. 15 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 2, ev 3, mənzil 7 ünvanında qeydiyyatda olmuş X6 poliklinikaya heç bir xəstəliklə bağlı müraciət etməmiş və adına ambulator karta açılmamışdır. Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının Əlinağılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 16 avqust 1963-cü il təvəllüdlü X6 29 noyabr 1996-cı il tarixdə Arısu kənd qəbirstanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 10 sentyabr 2021-ci il tarixli arayışın surətindən görünür ki, ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə 10 sentyabr 2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 11 sentyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən X2 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin X2 28 noyabr 1996cı il tarixdə Bakı şəhərində, ev şəraitində ölmüş, lakin ərizəçinin atasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 16 avqust 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 28 noyabr 1996-cı il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 16 avqust 1963-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 28 noyabr 1996-cı il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar