Məhkəmə qərarları › İş №2(001)-7687/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7687/2021

11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7687/2021 11.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin anası - X3 23.07.2021-ci il tarixdə vəfat etmiş və Qusar rayonu Hiloba kənd qəbiristanlığında dəfn edilmişdir. X2 anidən ölümü mənəvi və psixoloji cəhətdən ərizəçini və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından ərizəçi anasının ölümü haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Belə ki, həmin sənəd olmadan evin sənədləşdirilməsi mümkün deyil. Bu barədə ərizəçi tərəfindən Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunmuş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, ərizəçi ailəsi ilə birlikdə adətən yay aylarında Qusar rayonunda olan evində yaşayır. Anası da onunla birlikdə bu yay Qusar rayonunun Hiloba kəndində idi. Bir müddət özünü pis hiss edirdi. Bununla bağlı Qusarda yerləşən Oki klinikasına da müraciət etmişlər. Ərizəçinin anası həmin tibb müəssisəsində müalicə almış, lakin reanimasiya keçiriləcəyini eşidəndə evə aparılmasını tələb etmişdir. 23.07.2021-ci il tarixdə gecə vaxtı vəziyyəti anidən pisləşmiş, kənd yeri olduğuna görə, təcili yardım çağırmağa çatdırmamışlar. Çağırsaydılar belə həmin yerlərə təcili yardımın gecəylə gəlib çatması inandırıcı deyil. Sonradan da ərizəçi savadsızlığından müəyyən addımları atmamış və hal-hazırda X2 ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnaməni ala bimir və bununla əlaqədar sənədləşmə işlərinin də aparılması mümkünsüz olub. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi anasıdır. İş materiallarında olan X5, X6, X18, X7, X11 və X8 tərəfindən imzalanmış və Quxuroba kənd İƏD üzrə nümayəndə əvəzi S.Qədirov tərəfindən təsdiq edilmiş aktdan görünür ki, X3 23.07.2021-ci il tarixdə vəfat etmiş və Hiloba qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X3 21.05.1951-ci il tarixdə doğulmuş, 23.07.2021-ci il tarixdə isə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 22.09.2021-ci il tarixli cavab məktubundan görünür ki, Ərizəçi ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq olunmadığından anası X3 üçün ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirimiş X8 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X2 gəlinidir. Yay aylarında onlar həmişəki kimi Qusar rayonunda idilər. Qayınanası periodik olaraq özünü pis hiss edirdi və mütəmadi olaraq müalicə alırdı. Ürəyində müəyyən problemlər var idi. Qusarda olduqları vaxt vəziyyəti pisləşmişdir. Ərizəçi onu həmin vaxt Qusarda yerləşən Oki xəstəxanasına aparmışdır. Sonradan qayınanası tələb etdi ki, onu evə aparsınlar. Evdə müailəci davam edirdi. Öskürəyi var idi. 23.07.2021-ci il tarixdə gecə saat 2 idi təhminən, o hələ yatmamışdır və birdən eşitdi ki, qayınanası dayanmadan öskürür. Yanına getdi və o, ona bildirdi ki, öskürək onu boğur. Qayınanası istədi dursun, lakin dura bilmədi. O, evdə olan şəxsləri oyatdı və qayınanasının halının pisləşdiyini bildirdi. Qayınanası vəfat edən gün onun valideynləri də onlarda idi. Qonaq gəlmişdirlər. Evləri ucqar kənddə yerləşdiyinə görə təcili yardım çağırmamışlar. X1 23.07.2021-ci il tarixdə vəfat etmiş və Qusar rayonunun Hiloba kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin qayınanasıdır, mərhum X2 isə qudası. X3 vəfat etdiyi gün o əri ilə birlikdə ona dəyməyə gəlmişdir. Qızlar Saroğlanovanın halı yaxşı deyildi. Xahiş etdi ki, onlar qalsınlar, getməsinlər. O, 23.07.2021-ci il tarixdə gecə vəfat etmiş və Qusar rayonunun Hiloba kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin qayınatasıdır, mərhum X2 isə qudası. X3 vəfat etdiyi gün o arvadı ilə birlikdə ona dəyməyə gəlmişdir. Qızlar Saroğlanovanın halı yaxşı deyildi. Xahiş etdi ki, onlar qalsınlar, getməsinlər. O, 23.07.2021-ci il tarixdə gecə vəfat etmiş və Qusar rayonunun Hiloba kənd qəbirstanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 21.05.1951-ci il təvəllüdlü X2 23.07.2021-ci il tarixdə Qusar rayonunun Hiloba kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 21.05.1951-ci il təvəllüdlü X2 23.07.2021-ci il tarixdə Qusar rayonunun Hiloba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar