Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7692/2024 20.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: 1.Ərizəçi MMC Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında xx.xx.2024-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs xx.xx.2021-ci il tarixdən Ərizəçi MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Cavabdehin fəaliyyəti yoxlanılarkən müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 7047 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh Ərizəçi MMC-yə vurduğu 7047 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. "xxxx" MMC-nin etdiyi müraciət əsasında tərəflər arasında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs işlədiyi dövrdə "xxxx" MMC-yə vurduğu ziyan nəticəsində yaranan 7047 manat məbləği xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə ödəməldir. Həmin sazişin şərtlərindən biri də tərəflərin sazişdən irəli gələn öhdəliklərin pozulmasına görə, o cümlədən, sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar və sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
Mülki işin materialları:
5. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-00396 saylı Barışıq Sazişinə əsasən:
1. Tərəflər razılaşdılar ki, Maraqlı şəxs işlədiyi dövrdə "xxxx" MMC-yə vurduğu ziyan nəticəsində yaranan 7047 manat məbləği aşağıda qeyd olunan şəkildə ödəyəcək: 1.1. Sazişin imzalandığı gündən etibarən xx.xx.2025-ci il tarixədək hər növbəti ayın yəni, - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2025-ci ilədək 200 manat məbləği Ərizəçi MMC-yə ödəyəcək. Ümumi 7047 manat məbləğinin qalan 5247 manat məbləği xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək ödəyəcək.
2. Tam mediasiya sessiyası zamanı imzalanan Barışıq Sazişinin 100 manat rüsumunu Ərizəçi MMC ödəyəcək. Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2024-cü ilədək Barışıq Sazişinin 100 manat rüsumunu Ərizəçi MMC-yə ödəyəcək.
3. Maraqlı şəxs bu Saziş üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə Ərizəçi MMC-nin Maraqlı şəxs borcu tam şəkildə ödəməyi tələb etmək hüququna malikdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
6. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.
7. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
8. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
9. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
10. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
11. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.
12. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
13. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
14. Müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamışdır və ərizəçi xx.xx.2024cü il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.
15. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/9/2024- 00396 saylı barışıq sazişi təsdiq edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2024cü il tarixli, MŞB/9/2024-00396 saylı barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər razılaşdılar ki, Maraqlı şəxs işlədiyi dövrdə "xxxx" MMC-yə vurduğu ziyan nəticəsində yaranan 7047 manat məbləği aşağıda qeyd olunan şəkildə ödəyəcək: 1.1. Sazişin imzalandığı gündən etibarən xx.xx.2025-ci il tarixədək hər növbəti ayın yəni, - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2024-cü ilədək 200 manat; - xx.xx.2025-ci ilədək 200 manat məbləği Ərizəçi MMC-yə ödəyəcək. Ümumi 7047 manat məbləğinin qalan 5247 manat məbləği xx.xx.2025-ci ildən xx.xx.2025-ci ilədək ödəyəcək.
2. Tam mediasiya sessiyası zamanı imzalanan Barışıq Sazişinin 100 manat rüsumunu Ərizəçi MMC ödəyəcək. Maraqlı şəxs öhdəsinə götürür ki, xx.xx.2024-cü ilədək Barışıq Sazişinin 100 manat rüsumunu Ərizəçi MMC-yə ödəyəcək.
3. Maraqlı şəxs bu Saziş üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi təqdirdə Ərizəçi MMC-nin Maraqlı şəxs borcu tam şəkildə ödəməyi tələb etmək hüququna malikdir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova