Məhkəmə qərarları › İş №2(001)-770/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-770/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-770/2023 23.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi cəlb edilməklə) “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1931-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası xx.xx.1931-ci il təvəllüdlü X14 xx.xx.2022ci il tarixdə evdə vəfat etmişdir və həmin vaxt tərəflərindən təcili tibbi yardım çağırılmışdır. Təcili və X5 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir və xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X2 qəsəbəsi kənd qəbrstanlığında dəfn edilmişdir. Mərhumun Binəqədi kənd qəbristanlığında xx.xx.2022-ci il tarixdə dəfn edilməsi barədə X6 tərəfindən xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı 1 saylı “ASAN xidmət” X3 müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. O, hüquqlarını bilmədiyindən mərhum atası vəfat edərkən vaxtında poliklinikaya müraciət etməmişdir və bu səbəbdən də həkimm tibbi şəhadətnaməsinin alınması mümkün olmamışdır. Mərhum atasımın ölüm faktım təsdiq edəcək sənədi başqa qaydada almaq imkanı yoxdur və ona görə də bu fakt məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq bildirdi ki, atası yaşlılıqdan vəfat etmişdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi onun yaxın qonşusudur. Səmayənin atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir, atası yaşlı olduğundan bir çox xəstəlikdən əziyyət çəkirdi. O, yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin atası xx.xx.2022-ci il tarixdə qəfil dünyasını dəyişmişdir. O, dəfn mərasimində iştirak etməsə də, yas mərasimində iştirak etmişdir. Onların adətinə görə qadınlar dəfn mərasimində iştirak etməməlidir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: AZE 03534021 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1931-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, keçid 1, ev 107 olmuşdur. Təcili və X5 Stansiyasının “ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsi”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 02:32-də Yasamal rayonu, 2-ci Alatava, ev 95 ünvanında yaşayan X10 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X10 meyidini aşkar etmişdir. 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X10 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X15 9 nömrəli Poliknikanın xx.xx.2022-ci il tarixli, 525 nömrəli məktubdan görünür ki, Yasamal rayonu, 2-ci Alatava, ev 95 ünvanında yaşamış X10 9 nömrəli poliknikaya müraciəti olmamışdır. Ona görə poliklinika tərəfindən mərhumun ailə üzvlərinə ölüm haqqında tibbi şəhadətnamənin verilməmişdir. Bakı şəhəri Binəqədi rayonu X6nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1931-ci il təvəllüdlü X10 xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1931-ci il təvəllüdlü X10 yaşadığı ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1931-ci il təvəllüdlü X10 ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPMnin 363.1.5- ci maddəsinə əsasən geri qaytarılacaqdır. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar