Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7752/2025 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, bacısı X6 22 fevral 1970-ci il tarixdə andan olmuşdur. Bacısı doğulduğu gündən 5 gün sonra ölmüşdür. Bacısı doğulduğu gündən 5 gün sonra öldüyü üçün, yəni 27 fevral 1970-ci il tarixdə müəyyən qəbir daşı olmadan dəfn etmişlər. Bacı doğulduğu gün doğum haqqında şəhadətnamə alınmasına baxmayaraq, öldükdən sonra ailəsinin hüquqi savadsızlığından ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ailə tərkibi haqqında arayışda bacısının olduğu göstərilir. Atası və anası öldükdən sonra onun ölüm haqqında şəhadətnaməsini alaraq vərəsəliklə bağlı notariat ofisinə müraciət etmişdir. Notariusun işçiləri ona bildirmişlər ki, bacıları X6 və X1 kimi sistemdə görsənirlər. Sonradan məlum olmuşdur ki, bacılarının heç birinin ölüm haqqında şəhadətnaməsi olmamışdır. Bunu görə də, o, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar edilməmişdir və ona imtina verilmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnamənin olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 22 fevral 1970-ci il tarixdə doğulmuş bacısı X2 doğulduğu gündən 5 gün sonra yəni 27 fevral 1970-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli 3-16-5/7-13-1701/25 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Baki Baş Səhiyyə Mərkəzi” X19 11 X5 tərəfindən 11 saylı Vəkil bürosunun vəkili Aynur Musayevaya ünvanlanmış məktubdan görünür ki, poliklinika 1993-cü ilin sentyabr ayından fəaliyyətə başladığı üçün məktuba cavab verə bilmirlər. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, X6 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs 1970-1976-cı illərə dair ilkin, 1971-1977-ci illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 305825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası isə X4r. İş materiallarında olan АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X12, anası isə X4r. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı, 821625 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, DİN tərəfindən müraciətə baxılmış və bildirilmişdir ki, DİN-in müvafiq uçotları üzrə yoxlanılarkən S.Əliyevanın axtarışa elan olunması müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X2 axtarışı ilə bağlı Baş Əməliyyat və Statistik İdarəsinə məlumat daxil olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6818/2025 saylı 06 noyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi ərizəsi təmin edilmiş, 26 mart 1962-ci il tarixdə anadan olmuş X3 31 mart 1962-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsinə dair hüquqi fakt müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ərizəçinin bibisi qızı olmaqla yanaşı, ərizəçinin bacısı X2 doğulduqdan bir neçə gün sonra vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.1970-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X2 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7752/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7752/2025
10.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver