Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7798/2023 20.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 3-cü və 4-cü bəndlərinin təsdiq edilməsinə dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahlarını xx.xx.2021-ci il tarixində rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan bir övladı xx.xx.2022-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Bildirmək istəyir ki, ilk vaxtlar münasibətləri normal olsa da, daha sonradan xasiyyətləri uyğunlaşmamış problemləri çoxalmışdır. Onların ailə münasibətləri tamamilə pozulmuşdur. O, nikahlarının pozulması, uşağın ananın himayəsində salanması, aliment, uşağın saxlanması üçün əlavə xərclərə digər valideynin cəlb edilməsi, uşaqla ünsiyyət, pul və qızıl-zinət əşyalarının tələbi ilə məhkəmədən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq Mediasiya Şurasına müraciət etmiş və cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən aralarında olan bütün mübahisələrə dair razılığa gəlmişlər. Barışıq sazişinin 3-cü bəndinə əsasən birgə nikahdan övladı xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 425 manat məbləğində alimenti 2023-cü ilin dekabr ayının 27-dən başlayaraq ödəməyi, həmin sazişin 4-cü bəndinə əsasən övladı xx.xx.2022-ci il təvəllüdlü X4 3 yaşına çatanadək əlavə xərclərə görə hər ay əlavə 100 manat ödəməyi Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Həmin barışıq sazişinin övladıın saxlanılması və xərclərinin qarşılanması ilə bağlı aliment hissəsinin təsdiq olunması zəruridir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, ərizəçi həm mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentlə bağlı bəndlərinin təsdiq edilməsini xahiş edir. Hansı ki, alimentin ödənilməsinə xx.xx.2023-cü il tarixindən başlanmalıdır. İş materiallarında olan İ tərəf Ərizəçi ilə İİ tərəf Maraqlı şəxs arasında mediasiya mərhələsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01712 saylı barışıq sazişindən görünür:Tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri. 1. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs xx.xx.2021-ci il tarixində 2 saylı Bakı ASAN Xidmət mərkəzi, qeydiyyat şöbəsində 01 sayı ilə bağladıqları nikahı məhkəmədə iddia qaldırmaqla pozmaq barədə razılığa gəldilər. 2. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi yanında saxlanması barədə razılığa gəldilər. 3. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2-ci tərəf Maraqlı şəxs hər ay 425 (dörd yüz iyirmi beş) manat məbləğində alimenti 2023-cü ilin dekabr ayının 27-dən başlayaraq 1-ci tərəf Ərizəçi ödəməsi barədə razılığa gəldilər. 4. Tərəflər, 1-ci tərəf Ərizəçi ilə 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X1 üçün 2-ci tərəf Maraqlı şəxs hər ay 100 (yüz) manat məbləği 2023-cü ilin dekabr ayının 27-dən başlayaraq uşağın 3 yaşına qədər 1-ci tərəf Ərizəçi ödəməsi barədə razılığa gəldilər. 5. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2ci tərəf Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün pulun inflyasiya, devalvasiyaya uğradığı zamanlarda onun dəyərinə uyğun aliment məbləğini aralarında razılaşaraq 2-ci tərəf Maraqlı şəxs tərəfindən 1-ci tərəf Ərizəçi ödəməsi barədə razılığa gəldilər. 6. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X4 ilə 2-ci tərəf Maraqlı şəxs hər həftənin bazar günləri görüşüb, ünsiyyətdə olması barədə razılığa gəldilər. 7. Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs TMS (X3) pul və qızıl-zinət əşyalarının tələbi üzrə razılığa gələ bilmədilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Mülki-Prosessual Məcəllənin: 305.1.17-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsidir. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. İddia ərizəsindən göründüyü kimi ərizəçi tərəflər arasında mübahisənin olmamasına baxmayaraq alimentin tutulması ilə bağlı mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Hansı ki, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Hazırki halda isə, cavabdehin barışıq sazişinin icrasından yayınması halı iş materialları ilə müəyyən edilmir. Çünki tərəflər alimentin hesablanması tarixini xx.xx.2023-cü il qeyd etsələr də, ərizəsi barışıq sazişin təsdiq ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Bu səbəbdən də hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7798/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7798/2023
20.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver