Məhkəmə qərarları › İş №2(001)-7868/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7868/2025

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7868/2025 18.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X15 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə X1 xx.xx.2025-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X8 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında vəfat edib. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməli olduğu bidirilmişdir. Mərhum həyat yoldaşının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də, valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq yoldaşının ölümündən sonra həkim çağırılmış, ölümün səbəbi müəyyən edilə bilmədiyindən ölüm faktını qeyd etmək mümkün olmamışdır. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: 1saylı Bakı “ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bakı şəhəri 35 saylı şəhər Poliklinikası tərəfindən verilmiş və Baş həkim K.N Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən “xx.xx.2025 -ci il tarixində vəfat etmiş xx.xx.1963-cü il təvəllüdlü Bakı Binəqədi rayonu 1-ci mədən korpus 30 ünvanında yaşamış X9 xx.xx.1978 ci ildən Binəqədi rayonu 35№o-li şəhər tibbi qeydiyyatdadır.Heç bir xəstəliklə dispanser qeydiyyatda deyil. Ölüm səbəbi məlum olmadığı üçün "Ölüm haqqında tibbi şəhadətnamə” vermək mümkün deyil.” "Respublika Təcili və X7 Mərkəzi" X14 21 avqust 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 22:35-də "Respublika Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə "103" Binəqədi rayonu Mədən 1 Korpus 30 ünvanından Vahab adlı şəxsin (62 yaş) adına çağırış daxil olmuşdur. Çağırışı Binəqədi TTTY 3 saylı bölməsinin həkimi Nazimə Zeynalova icra edərək, xəstə X6 (62 yaş) "Dəqiqləşdirilməmiş xroniki ağciyər-ürək çatışmamazlığı. Terminal vəziyyət" diaqnozu qoymuşdur. İlkin tibbi yardımdan imtina edilmişdir. xx.xx.2025-ci il tarixində saat 03:44-də həmin ünvandan V.Həbibovun adına “ölüm" səbəbi !!ə daxil olan çağırışı ünvan 5 ünvanda X6 (62 yaş) məxsus meyit ilə rastlaşmış "Həkimə qədər ölüm. Kişi cinsli meyit" diaqnozu qoymuşdur. Hadisə barədə 43-cü Polis Bölməsinin əməkdaşı Məmmədova məlumat verilmişdir. Azərbaycan Respublikası Abşeron rayon Masazır bələdiyyəsinin 03 sentyabr 2025ci il tarixli 01/01-071/172 saylı arayışından görünür ki, X8 xx.xx.2025-ci ildə rəhmətə getmiş, Masazır kənd qəbiristanlığında dəfn olmuşdur. Məhkəmə iclasında ifadə verən X5 və X2 hər biri X3 qəfil dünyasını dəyişməsini, heç kimlə münaqişəsinin olmamasını, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında ev şəraitində ölməsi və Masazır kənd qəbirstanlığında dəfn edilməsini bildirdi. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsinə dair hüquqi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar