Məhkəmə qərarları › İş №2(001)-7880/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7880/2025

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7880/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktın müəyyən olunması” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1944-cü il təvəllüdlü əri X5 xx.xx.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı xx.xx.1944-cü il təvəllüdlü X10 ürək infarktından vəfat etmişdir. xx.xx.2006-cı ildə halı pisləşmiş və həmin dövrdə yaşadıqları Yasamal rayonu 119 saylı uşaq bağçasında vəfat etmişdir. X14 həkimləri evə gəlmişlər, təzyiqini ölçmüşlər və təsdiq etmişlər ki, həqiqətən ölmüşdür. Demişlər aparın xəstəxanay, lakin həkim demişdir ki, lazım deyil, artıq gecdir. X1 xx.xx.2006-cı ildə Ceyranbatan qəbirstanlığında dəfn etmişlər. Qeyd edir ki, həmin dövrdə ölüm haqqında şəhadətnamənin alınması barədə məlumatı olmadığından, heç bir orqana müraciət etməmişdir. Bu günə qədər rəhmətliyin şəxsiyyət vəsiqəsi ondadır və təhvil verməmişdir. O, ərinin ölümü haqqında şəhadətnamə almaq üçün Laçın rayon qeydiyyat şöbəsinə və vəfat etdiyi ünvan üzrə Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etmiş, ancaq qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin aşkar olunmadığı üçün arayış təqdim etmişdir. Maraqlı şəxs tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməsini bildirmişdir. Hesab edir ki, xx.xx.1944-cü il təvəllüdlü əri X5 xx.xx.2006-cı il tarixində Bakı şəhərində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, o bildirdi ki, məzar daşının üstündə xx.xx.2066-cı il tarixdə ölməsi qeyd edilsə də, əri xx.xx.2006-cı il tarixdə gecə saatlarından vəfat etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun anasıdır. X3 xx.xx.2006cı il tarixdə vəfat etmişdir. Ceyranbatan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X10 Bakı şəhərində vəfat etmişdir. Ceyranbatan qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X5 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. AA seriyalı 085428 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. АЗ seriyalı 107941 nömrəli “Evlənmək haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə Ərizəçi arasında olan nikah Laçın VVAQ şöbəsində xx.xx.1970-ci il tarixdə bağlanmış və 12 nömrə ilə qeyd olunmuşdur. Bakı şəhəri Yasamal rayonu 19 nömrəli şəhər poliklinikasının məlumatından görünür ki, xx.xx.1944-cü il təvəllüdlü X7 məxsus ölüm haqqında tibbi şəhadətnamənin nüsxəsi və o barədə qeydiyyat kitabı 2006-cı ildə tərtib olunduğundan arxivizasiyautilizasiya səbəbindən rəsmi məlumat tapılmamışdır. Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, X10 xx.xx.2006-cı ildə rəhmətə gedib və Ceyranbatan qəbirstanlığında dəfn olunmuşdur. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1944-cü il təvəllüdlü X10 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1944-cü il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1944-cü il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü X5 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar