Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7908/2025 18.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanılmış 06 noyabr 2025-ci il tarixli MŞB/1/2025-00261 nömrəli barışıq sazişini təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 06 noyabr 2025-ci il tarixdə MŞB/1/2025-00261 nömrəli barışıq sazişi Maraqlı şəxs ilə onun arasında bağlanmışdır. Maraqlı şəxslə birgə nikah münasibətlərindən iki övladları X1 xx.xx.2021-ci il təvəllüdlü və X2 xx.xx.2022-ci il təvəllüdü vardır. Həmin uşaqların onun himayəsində qalması və uşaqların saxlanılmasına görə də ona cəmi 150 manat hər ay ödənilməsi razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixdə, Bakı 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki:
1. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı övladlar yetkinlik yaşına çatana qədər ananın – yəni, Ərizəçi himayəsində qalacaqdır.
2. İkinci tərəf (ata) – yəni, Nuriyev X3 tərəfə (anaya) – yəni, Ərizəçi xx.xx.2022ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı övladların ananın himayəsində yaşayır və digər maddi xərclərini qarşılamaq üçün ümumilikdə 150 manat məbləğində aliment ödəyəcəkdir.
3. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin – yəni, 150 manat məbləğin hesablanmasına məhkəməyə müvafiq iddia ərizəsi verilən gündən başlanacaqdır.
4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği – yəni, 150 manat məbləğ ATA tərəfindən ANAya hər təqvim ayının sonuncu gününə qədər (ay ərzində) ANAnın ATAya təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ödənəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs barışıq sazişini icra etmədiyinə görə, barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i:
Ərizə təmin edilsin. xx.xx.2025-ci il tarixdə, Bakı 1 saylı Mediasiya təşkilatı vasitəsi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış aşağıdakı şərtləri özündə əks etdirən MŞB/1/2025-00261 saylı barışıq sazişi məcburi icra üçün təsdiq edilsin:
1. - Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, xx.xx.2022-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı övladlar yetkinlik yaşına çatana qədər ananın – yəni, Ərizəçi himayəsində qalacaqdır.
2. İkinci tərəf (ata) – yəni, Nuriyev X3 tərəfə (anaya) – yəni, Ərizəçi xx.xx.2022ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı övladların ananın himayəsində yaşayır və digər maddi xərclərini qarşılamaq üçün ümumilikdə 150 manat məbləğində aliment ödəyəcəkdir.
3. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləğinin – yəni, 150 manat məbləğin hesablanmasına məhkəməyə müvafiq iddia ərizəsi verilən gündən başlanacaqdır.
4. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği – yəni, 150 manat məbləğ ATA tərəfindən ANAya hər təqvim ayının sonuncu gününə qədər (ay ərzində) ANAnın ATAya təqdim etdiyi müvafiq bank hesabına bağlı bank kartına köçürmə yolu ödənəcəkdir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı