Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7943/2021 10.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ərizəçinin qardaşı 01.09.2021-ci il tarixdə “Covid-19” xəstəliyindən vəfat etmiş və Bakı şəhəri Binəqədi rayonunda yerləşən Vulkan qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduqları üçün, həmçinin qardaşının ölməsi barədə tibbi arayış olmadığından ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölümün qeydə alınması ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə rəsmi ərizə ilə müraciət etmiş, lakin müsbət nəticə əldə etməmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahid ifadəsini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Təcili və X1 Stansiyası 5 saylı bölməsindən verilmiş ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 01.09.2021-ci il tarixdə saat 21:35-də Bakı şəhəri, İ Şimal tingliyi küçəsi, ev 41/81-də yaşayan X3 adına çağırış olmuş və mənzildə kişi cinsli meyit aşkar edilməsi barədə qeyd aparılmışdır. - Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 1411 saylı 28.09.2021-ci il tarixli arayışa əsasən, X3 02 sentyabr 2021-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Vulkan qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş 30.09.2021-ci il tarixli cavab məktubana əsasən, X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin təmin edilə bilməməsi qeyd edilmişdir. - X4, X2 və X5 tərəfindən imzalanmış aktda mərhum X3 01.09.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi, onun 02.09.2021-ci il tarixdə Vulkan qəbirstanlığında dəfn olunması, mərhumun dəfn və yas mərasimində iştirak etmələrini təsdiq etmişlər. - Baş Səhiyyə İdarəsi 9 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş 30.09.2021-ci il tarixlə məktub görünür ki, 12.03.1972-ci il təvəllüdlü X3 hər-hansı bir xəstəliklə poliklinikaya müraciəti qeyd olunmadığından, ölümün səbəbi dəqiqləşdirilmədiyindən poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Məhkəmənin iclasında iştirak edən şahid X4 izahat verərək bildirdi ki, ərizəçi ilə 30 ildən artıqdır qonşudur. Ərizəçinin qardaşının xəstə olduğunu, 01.09.2021-ci il tarixdə rəhmətə getdiyini bildirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki işin materiallarından da görünür ki, ərizəçi A.Novruzovun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin A.Novruzovun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, ölüm haqqında akt qeydini aparmalı olan yeganə orqan qeydiyyat şöbəsi X3 ölüm haqqında akt qeydini aparmaqdan və ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X3 ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində ərizəçi A.Novruzovun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 01.09.2021-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12.03.1972-ci il tarixdə Ermənistan, Spitak rayonunda anadan olmuş X3 01.09.2021-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-7943/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7943/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver