Məhkəmə qərarları › İş №2(001)-7984/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7984/2025

20.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7984/2025 20.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə vəfat vetmiş Ağstafa rayonu Poylu kənd qəbirstanlığında dəfn edilmiş mərhum X5 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X9 onun atasının bacısı qızıdır və həyatda heç kimi yoxdur, uşaqları anadan olmamışdır. Mərhum xx.xx.1987-ci ildə Ağstafa rayonu Poylu kəndində yerləşən əmlakını ona vəsiyyət etmiş və bu barədə vəsiyyətnamə vermişdir. Mərhum xx.xx.1993-cü ildə öz evində cinayətkar tərəfindən tamah məqsədi ilə öldürülmüş və yandırılmışdır. Bu barədə cinayət işi üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü üzrə təqsirləndirilən şəxs X7 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mərhum bibisi X2 rayonu Poylu kənd qəbirstanlığında dəfn edilmişdir. Belə ki, onun müraciəti üzrə Ağstafa Səhiyyə təşkilatının Məhkəmə Tibbi Ekspertiza və pataloji Anatomiya Birliyi PHŞ-nin Ağstafa rayon şöbəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixli 17 nömrəli arayışla qeyd edilmişdir ki, 1993-cü ildə mərhum bibisi öldürüldükdən sonra yandırılmışdır. Belə ki, o, mərhumdan qalan mirasın vəsiyyətnamə üzrə qəbulu barədə Ağstafa rayon notariat ofisinə müraciət etmiş və mərhumun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan başqa, o, Maraqlı şəxsnə ölüm şəhadətnaməsinin olubolmaması barədə müraciət etmiş və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Hazırda vərəsəlik işi üçün ona mərhumun ölüm haqqında şəhadətnaməsi müvafiq qurum üçün lazım olduğundan, o, məhkəməyə belə bir tələbə müraciət etməsi zərurəti yaranmışdır. Çünki məhkəmə qaydasında olmadan ölüm şəhadətnaməsinin alınması mümkün deyildir. Ona görə də ölüm faktının başqa qaydada müəyyən edilməsi mümkün olmadığından mıcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X4 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. X9 bibiləri sayılırdı, 1993-cü ilin may ayında vəfat etmiş, Ağstafa rayonu Poylu kəndində dəfn edilmişdir. X5 evini yandırmışdılar. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, ərizəçi onun tanışıdır. X5 evini yandırmışdılar, yas mərasimində iştirak etmişdir. Ağstafa rayonu Poyli kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Poylu kənd sakini olmuş mərhum X9 xx.xx.1993-cü il tarixində vəfat etmiş, vəfat etdiyi günədək Ağstafa rayonunun Poylu kəndində yaşamışdır. Qəbri Poylu kənd qəbristanlığındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X5 meyiti xx.xx.1993-cü il tarixdə Ağstafa rayon prokurorluğunun qərarı əsasında şöbələrində xarici və daxili mayinə edilmiş və onun adına xx.xx.1993-cü il tarixdə 12 saylı ekspertiza rəyi verilmişdir. Həmin rəyin nəticəsi aşağıdakı kimi olmuşdur. X1 meyitinin məhkəmə tibbi müayinəsinə, birliyin histoloji aktına və qərarda göstərilən suallara əsasən aşağıdakı nəticəyə gəlmişdir – 1. X5 bədən səthində İİİ-İV dərəcəli yanıü vardır. Göstərilən yanıqlar yüksək dərəcəli temperaturanın təsirindən törənmişdir. Yanıq ölümündən sonra baş vermişdir. 2. X5 ölümünün səbəbi mexaniki asfiksiya olmuşdur. Ağstafa rayonu notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vərəslik şəhadətnaməsi verilməsi üçün ölüm haqqında şəhadətnamə və digər sənədlər təqdim edə bilmədiyi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyil. Odur ki, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X5 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, mərhum X9 xx.xx.1993-cü ildə Poylu kəndində vəfat etmiş, Poylu kənd qəbirstanlığında dəfn edilmişdir. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1928-ci il təvəllüdlü X9 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1928-ci il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1928-ci il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1928-ci il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar