Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-807/2023 01.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ərizəçinin həyat yoldaşının bacısı olan xx.xx.1956-cı il təvəllüdlü X12 xx.xx.2022-ci il tarixdə yaşadığı evdə vəfat etmişdir. Mənzilə çağırılan Təcili və təxirəsalınmaz Tibbi yardım stansiyasının ölüm haqqında xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqəsindən də görünür ki, həkim mənzilə gələrkən həkiməqədər ölüm faktını qeydə almışdır. Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 527 saylı arayışına əsasən X12 xx.xx.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ölümün qeydə alınması ilə bağlı 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir. Həmin təşkilat ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət edilməli olduğunu qeyd edərək ərizəçiyə imtina məktubu vermişdir. X6 ölüm faktının müəyyən olunması ölüm haqqında şəhadətnamənin alınması və mirasın qəbul edilməsi üçün tələb olunur. Ona görə də, xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli 81327653 saylı bildirişdən müəyyən olunur ki Gaisina Elena xx.xx.2023-cü il tarixədək Bakı şəhəri Binəqədi rayonu Xocəsən ərazi dairəsi Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsində qeydiyyata alınmışdır. xx.xx.1986-cı il tarixli 261689 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X1 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikah haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd aparılmış, nikaha daxil olduqdan sonra arvada Qaysina soyadı verilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE № 05133197 saylı xx.xx.2006-cı il tarixdə Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Rusiya Federasiyası Başkortostan Respublikasında anadan olan X12 Bakı şəhəri Cavanşir küçəsi 4 saylı evin 76 saylı mənzilində qeydiyyatdadır. BŞT və TYS statistika şöbəsinin xx.xx.2022-ci il tarixli, 0911 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, Cavanşir küçəsi 4 mənzil 76 ünvanı üzrə X6 adına xx.xx.2022-ci il tarixdə daxil olan çağırışa gələn həkim həkiməqədər ölüm, qadın cinsli meyid qeydini aparmışdır. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 527 saylı, xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, mərhumə X12 xx.xx.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 38 nömrəli şəhər poliklinikasının 409 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmrinə əsasən, Xətai rayonu Cavanşir küçəsi 4-cü evin 76 nömrəli mənzilində yaşamış X6 ölümü haqqında sənədin verilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, X12 ilə 14 il faktiki nikah münasibətlərində olmaqla mərhuma məxsus mənzildə yaşayıb onunla birgə təsərrüfat aparmışdır. X6 övladı olmamış, yaxın qohumları olan 3 qardaşı Rusiya Federasiyasının Başkortostan Respublikasında yaşayırlar. X13 mərhumun qardaşı X5 isə qardaşı arvadıdır. X12 xx.xx.2022-ci il tarixdə yaşadıqları mənzildə ölmüş, Suraxanı rayonu Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, X4 atası X8 ilə faktiki nikah münasibətlərində olmuş və 15 il bir yerdə yaşamışlar. Ona görə də bilir ki, X12 xx.xx.2022ci il tarixdə Bakı şəhərində ölmüş, Suraxanı rayonu Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, o, 14 ildir X9 tanıyır. Belə ki, o, Cavanşir küçəsi 4 a saylı evin 8 saylı mənzilində yaşayır, Həmidə isə Cavanşir küçəsi 4 saylı evin 75 saylı mənzilində yaşamışdır. Qonşu kimi yaxın münasibətləri olduğundan bilir ki, Həmidə xx.xx.2022-ci il tarixdə yaşadığı mənzildə ölmüş, Suraxanı rayonu Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 6 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q- 2439/15 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olması, baldızı X6 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin təmin olunmaması X3 bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-807/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-807/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver