Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8085/2025 24.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) X7 Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi maraqlı şəxs Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək əmisi Ərizəçi Abid oğlunun 1972-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, əmisi Ərizəçi Abid oğlu xx.xx.1934-cü il tarixində doğulmuşdur. 1972-ci il tarixində yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu Nardaran qəsəbəsi, ünvan 1 ünvanında vəfat edib. Ərizəçi əmisinin ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mərhumun ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, vərəsəlik məsələlərini həl edən zaman Ərizəçi Abid oğlunun ölüm faktının qeydə alınmadığı məlum olub. Buna görə də ölüm faktının müəyyən edilməli olduğu bildirilib.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçi Abid oğlunun 1972-ci ildə vəfat etdiyini və Nardaranda dəfn olunduğunu təsdiq edib.
6. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçinin əmisi Qasımın 1972-73-cü ildə vəfat etdiyini və Nardaranda dəfn olunduğunu təsdiq edib.
7. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qonşusudur. Əmisini tanımasa da, valideynləri bu haqda məlumat verib. Ərizəçi Abid oğlu 1972-ci ildə vəfat edib, Nardaranda dəfn edilib.
Mülki işin materialları:
8. Vətəndaşın pasport surətindən görünür ki, Ərizəçi Abid oğlu xx.xx.1934-cü il tarixdə Bakı şəhərində doğulmuşdur.
9. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982ci il tarixində Bakı şəhərində doğulmuş, atası X2r.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən görünür ki, 1972-ci ildə vəfat etmiş Ərizəçi Abid oğlunun xx.xx.1954-cü ildə anadan olmuş xx.xx.1998-ci ildə vəfat etmiş X1 qardaşı olması faktı müəyyən edilmişdir.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır.
12. Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının xx.xx.2025-ci il tarixli sənədindən görünür ki, Ərizəçi Abid oğlu 1972-ci ildə vəfat edib və Nardaran qəbirstanlığında dəfn olunub.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası MPM-nin:
13. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
17. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
19. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
23. Mülki işin materiallarından da görünür ki, Ərizəçi əmisinin ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin əmisinin ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
24. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
25. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi Abid oğlunun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi əmisinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi Abid oğlunun 1972-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1934-cü il il tarixdə anadan olmuş Ərizəçi Abid oğlunun 1972-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova