Məhkəmə qərarları › İş №2(001)-8122/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8122/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8122/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçinın (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, E.T.K-nın stadiyonun həyətində yerləşən evdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, E.T.K-nın stadiyonun həyətində yerləşən evlərində vəfat etmişdir. Atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Mərhum atasının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də mərhum atasının ğlüm faktı müəyyən edilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə şahid X2 ifadəsində göstərdi ki, o, ərizəçinin dayısı oğludur. X7 Bakı şəhəri, Binəqədi rayonunda vəfat etmişdir. Biləcəri qəbirstanlığında dəfn edilmişdir. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, ərizəçi onun dostudur. X7 Bakı şəhərində vəfat etmişdir. Dəfnində və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Təcili və X6 Stansiyasının məlumatından görünür ki, xx.xx.2001-ci il tarixdə saat 19:50-də ünvan 1 ünvanında yaşayan X4 adına çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda X4 meyidini aşkar etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, xx.xx.1945-ci il təvəllüdlü X7 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Ə.D.Məlikov adəna X11” PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mərhum X7 haqqında xəstəxanada ambulator və stasionar müalicəsinə, ağır xəstəlikdən müalicə alıb-almamasına və hər hansı qeydiyyatına rast gəlinməmişdir. AA seriyalı 115888 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.1928-ci il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə Ağstafa rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.20-ci maddələrinə əsasən məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, E.T.K-nın stadiyonun həyətində yerləşən evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar