Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8217/2025 30.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron 1 saylı Mediasıya təşkilatında 13 iyun 2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında Abşeron 1 saylı Mediasiya təşkilatında 13 iyun 2025-ci il tarixli Barışıq sazişi bağlanaraq, həmin barışıq sazişinin 3-cü bəndinə əsasən birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona 17 iyun 2025-ci il tarixdən hesablanmaqla, hər növbəti ayın 17-dək hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment ödəyəcəyi ilə bağlı maraqlı şəxsin öz üzərinə götürdüyü öhdəliklə razı olması və etiraz etməməsi, bu aliment məbləğinin birinci tərəfin təqdim edəcəyi və birinci tərəfə məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razı olması və etiraz etməməsi barədə razılaşmışlar. Lakin maraqlı şəxs öz aliment öhdəliklərini icra etmir və barışıq sazişinin icrasından yayınır. Ona görə də, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Ərizəçi maraqlı şəxs tərəfindən son 3 ay ərzində barışıq sazişi ilə üzərinə götürmüş olduğu aliment öhdəliklərinin icra edilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron 1 saylı Mediasiya təşkilatı tərəfindən bağlanmış xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00604 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla 1. Birinci tərəf: Ərizəçi Bu Saziş imzalandıqdan sonra ikinci tərəf həyat yoldaşı Maraqlı şəxs ilə Bakı şəhəri Binəqədi rayonu VVADQ qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə № 59 qeydi ilə bağlanan nikahın (barışıq üçün əlavə vaxt verilmədən) pozulmasına (ləğv edilməsinə) razıdır. 2. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 onun (ananın) yanında (saxlanılmasına) qalmasına razıdır. 3. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər növbəti ayın 17-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay hər bir uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat aliment ödəyəcəyi ilə bağlı İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. Bu aliment məbləğinin İkinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. 4. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 (uşağın mənafeyi nəzərə alınmaqla) İkinci tərəf (ataları) Maraqlı şəxs ilə hər həftənin şənbə günü (Birinci tərəf: Ərizəçi iştirakı olmadan) saat 10:00-dan (İkinci tərəfin: Maraqlı şəxs yanında qalmaqla) bazar günü 12:00-dək ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürür. 5. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə istifadələrində olan ikinci tərəf: Maraqlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X12 ünvanında özbaşına olaraq inşa edilmiş fərdi yaşayış evinin 2 otağının və zalının ½ hissəsində birinci tərəf: Ərizəçi övladları ilə birlikdə istifadə etməsinə ikinci tərəf: Maraqlı şəxs şərait yaradacağına dair öz üzərinə götürdüyü öhdəliklə razdır və heç bir etirazı yoxdur. 6. Birinci tərəf: Ərizəçi Eiburs qızı bu sazişi imzaladıqdan sonra, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri,“007İKUM001319188” nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 4500 manat kreditin qalıq məbləği olan 1965.29 manat borcunu, ikinci tərəf: Maraqlı şəxs qrafik üzrə hər ay ödəyəcəyini dair öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. 7. Birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri, “CL-EE005058346” nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə götürülmüş 1000 (bir min) manat kreditin qalıq məbləği olan 611.26 manat və əlavə olaraq 500 manat qalıq borcunu, ikici tərəf: X6 qrafik üzrə hər ay ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. 8. Birinci tərəf: X1 bu sazişi imazladıqdarı sonra, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah dövründə "xxxx" ASC-dən əldə etdikləri, 1500 manat borcunu, ikinci tərəf: Maraqlı şəxs qrafik üzrə hər ay ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir.
9. Birinci tərəf: X1 bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu və birinci tərəfə qarşı digər tələblərinin olmadığını təsdiq edir. Nikahın pozulması (ləğv edilmasi) ilə bağlı birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə razıdır va buna etiraz etmir. İkinci tərəf X6 birinci tərəf Ərizəçi ilə razıdır və onunla bərabər üzərinə öhdəliklər götürür.” barədə razılığa gəlmişlər. Göründüyü kimi Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00604 nömrəli Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla birgə nikahdan olan övladları xx.xx.2009-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 17 iyun 2025-ci il tarixdən hesablanmaqla, bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 manat sabit pul məbləğində alimentin Ərizəçi bank hesabına ödənilməsini razılaşdırmışlar. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin” 3-cü bəndinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə mülki-prosessual qanunvericiliyin barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müvafiq tələblərinə əsaslanaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00604 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməlidir.
3. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən hesablanmaqla birinci tərəfə hər növbəti ayın 17-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment ödəyəcəyi ilə bağlı İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli, MŞAB/MT041/2025-00604 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
3. Birinci tərəf: Ərizəçi, ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona xx.xx.2025-ci il tarixdən hesablanmaqla birinci tərəfə hər növbəti ayın 17-dək (İkinci tərəfə təqdim edəcəyi bank hesabına) hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment ödəyəcəyi ilə bağlı İkinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır və etiraz etmir. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Məmmədov