Məhkəmə qərarları › İş №2(001)-8315/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8315/2021

20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8315/2021 20.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 1990-cı il tarixdə doğulmuş X6 23.08.1993-cü il tarixdə Balakən rayonunda ölməsi faktinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu 20 fevral 1990-cı il tarixdə doğulmuş X9 23.08.1993-cü il tarixdə Balakən rayonunda müvəqqəti olarkən epilepsiya xəstəliyi ilə bağlı qəflətən rəhmətə getmişdir. Ancaq həmin vaxtlar müəyyən səbəbdən qanunlar ilə tanış olmadığına görə ölüm haqqında şəhadətnaməsini almamışdır. Şəhadətnamənin alınması ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” Mərkəzinə müraciət etmişdir. Lakin şöbəyə oğlu İsanın ölümünün qeydə alınması üçün lazımi sənədləri, o cümlədən həkim rəyini təqdim edə bilmədiyindən ona ölüm şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Oğlu İsanın X2 09 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda X4 miras qalmış əmlakın idarə edilməsi ilə bağlı oğlu İsanın ölümü barədə şəhadətnamənin əldə edilməsi ona vacibdir. Oğlu Balakən şəhərində olan qəbiristanlıqda dəfn edilmişdir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi, 20 fevral 1990-cı il tarixdə doğulmuş X6 23.08.1993-cü il tarixdə Balakən rayonunda ölməsi faktinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Fatmanın 20 fevral 1990-cı il tarixdə doğulmuş oğlu X9 23.08.1993-cü il tarixdə Balakən rayonunda qonaq olarkən epilepsiya xəstəliyi ilə bağlı qəflətən rəhmətə getmiş və Balakən şəhərindəki qəbirstanlıqda dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi bacısıdır. Fatmanın 20 fevral 1990-cı il tarixdə doğulmuş oğlu X9 23.08.1993-cü il tarixdə Balakən rayonunda qonaq olarkən epilepsiya xəstəliyi ilə bağlı qəflətən rəhmətə getmiş və Balakən şəhərindəki qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan XV-ЖГ seriyalı 293067 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 20.02.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİ seriyalı 187133 №-li Ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 09 yanvar 2021-ci ildə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01 ayının 12 günündə 93 № ilə qeyd edilmişdir. Ölümün səbəbi “hipertoniya” xəstəliyidir. İş materiallarında olan Balakən rayon Qazılığı tərəfindən verilmiş 29.11.2021-ci il tarixli məktubundan görünür ki, Balakən rayon Qazılığına şifahi olaraq müraciət etmiş Ərizəçi Şəhmir qızının xahişinə əsasən Balakən şəhər “Puçaxlar” qəbirstanlığına baxış keçirilmişdir. 20 fevral 1990-cı il tarixində anadan olmuş X1 rayonuna gələrkən xəstələnmişdir. 23 avqust 1993-cü il tarixində vəfat etmiş və həmin qəbirstanlıqda dəfn olunmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi 5 №-li Uşaq Poliklinikası tərəfindən verilmiş 22.09.2021-ci il tarixli 527 №-li Arayışdan görünür ki, 20.02.1990-cı il təvəllüdlü X9 qeydiyyatda olub olmaması və ölüm hadisəsi barədə 5 saylı uşaq poliklinikasında heç bir məlumat yoxdur. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsindən verilmiş 30 iyun 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün X6 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan mərhum X6 qəbrinin fotoşəkilindən görünür ki, onun qəbir daşında “X9” ölüm tarixi kimi isə “20.İİ.1990-1993.23.Vİİİ” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X6 23.08.1993-cü il tarixdə, Balakən rayonunda vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 20.02.1990-cı il təvəllüdlü X6 23.08.1993-cü ildə Balakən rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 20.02.1990-cı il təvəllüdlü X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar