Məhkəmə qərarları › İş №2(001)-8345/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8345/2025

16.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8345/2025 16.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X14 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə X3 xx.xx.1993-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmiş, ərizə onunla əsaslandırılmışdır ki, bacısı X5 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda vəfat edib. Bacısının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. X3 ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı ona görə lazımdır ki, mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsidir. Buna görə də X3 ölüm faktı müəyyən edilməlidir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək maraqlı şəxsə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-15-487/2025 saylı, xx.xx.2025-ci il tarixli məlumatla bildirilir ki, X3 ölümü haqqında akt qeydi 1990-1996-cı illər İsmayıllı rayon Qeydiyyat şöbəsinin arxivində,Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemdə aşkar olunmadı. Ölümün qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamə İsmayıllı rayon Qeydiyyat şöbəsinə təqdim olunmalıdır. Ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda isə ölüm haqqında akt qeydinin qeydə alınması mümkün deyildir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 8-1- 47/2-X-13xx-xx-1997/25 nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, X5 xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.1993-cü il tarixində vəfat etməsi barədə İsmayıllı RMX-nın Arxiv bölməsində heç bir sənəd tapılmamışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, vətəndaş Ərizəçi müraciəti əsasında özünün də iştirakı ilə 25 dekabr 2025-ci il tarixdə İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən “Həzrə" adlanan qəbristanlığa baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, onun mərhum bacısı xx.xx.1993-cü il tarixdə vəfat etmiş X3 adına İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində yerləşən "Həzrə" adlanan qəbristanlıqda məzar daşı aşkar edilmişdir. Akta məzarın fotoşəkilləri əlavə olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 3-16-5/2-51081/2026 saylı məktuba əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X6 ilə X8 olan xx.xx.1979-cu il təvəllüdlü Gülər Xaspoladovanın doğumunun İsmayıllı rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Həmçinin qeyd edirik ki, informasiya sistemində G.Xaspoladovanın doğumu istisna olmaqla onun barəsində digər vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilmədi. Məhkəmə iclasında şahid qismində dindirilən X7, X1 Gülər Xalid qızının qəfil ev şaraitində öz əcəli ilə rəhmətə getdiyini qeyd etmişlər. Tətbiq edilən hüquq: Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8 maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. 308 və 311-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümükün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 309.1-cü maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tədqiq edilmiş sənədlərlə tam sübuta yetirildiyindən X3 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda ev şəraitində ölməsinə dair hüquqi faktı müəyyən edilməli, məhkəmə xərcləri isə ərizəçinin özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonunda (ev şəraitində) ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar