Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8467/2021 14.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Gülbəniz Vaqif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası Qulam X1 rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, onların birgə nikahından ərizəçi, eləcə də digər bacı və qardaşları doğulmuşdur. Ərizəçinin anası Fatma Həsənova səhhətində yaranmış problemlərlə əlaqədar yaşadığı evdə vəfat etmiş və Göyçay rauonu 1 Ərəbcəbirli kəndində yerləşən qəbistanlıqda dəfn olunmuşdur. Lakin müəyyən səbəblərdən Fatma Həsənovanın ölümü qeydə alınmamışdır. Ərizəçi ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, qeydiyyat orqanı 31.07.2021-ci il tarixli məktubla Fatma Həsənovanın ölümünü qeydə almaqdan imtina etmiş, imtinanın səbəbi kimi ölüm faktını təsdiq edən sənədin (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) təqdim edilməməsi göstərilmiş və ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X5 ölüm faktının müəyyən edilməsi ondan miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, anası – 28.03.1936-cı il təvəllüdlü X3 28.03.2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Şəkər xəstəsi idi. Hal-hazırda anasının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən sənədləşmə işlərini apara bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay rayonu Göyçay Bələdiyyəsinin 30.07.2021-ci il tarixli, 310 nömrəli arayışından görünür ki, X3 2018-ci ildə vəfat etmiş və Ərəbcəbirli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs 31.07.2021-ci il tarixli, 05/İİ-582 nömrəli cavab məktubundan görünür ki, həmin məktubla Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm haqqında akt qeydinin qeydə alınmasının mümkün olmaması və bu səbəbdən də yaşadığı yerin məhkəməsinə müraciət etməli olması izah edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X3 28.03.1936-cı il tarixdə doğulmuş, 28.03.2018-ci il tarixdə isə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin qardaşıdır, mərhum X2 isə oğlu. X3 şəkər xəstəsi idi. Hətta ölümündən iki il əvvəl ayağını da kəsmişdirlər. Anası Bakı şəhərində 28.03.2018-ci il tarixdə vəfat etmiş və Göyçay rayonunda dəfn edilmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamənin olmaması tək ərizəçiyə deyil, X2 uşaqlarının hamısına sənədləşmə işlərində müvafiq problemlər yaradır. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 28.03.1936-cı il təvəllüdlü X2 28.03.2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 28.03.1936-cı il təvəllüdlü X2 28.03.2018-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-8467/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8467/2021
14.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver