Məhkəmə qərarları › İş №2(001)-8487/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8487/2021

07.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8487/2021 07.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 sentyabr 2021-ci il tarixdə anadan olan övladı X4 16 oktyabr 2021-ci il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 29 dekabr 2012-ci ildə X5 ilə Maraqlı şəxsndə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 12 oktyabr 2015-ci ildə qızları X6, 18 sentyabr 2021-ci ildə oğlu X12 dünyaya gəlmişdir. X12 8 aylıq dünyaya gəldiyi üçün zəif olmuşdur və o, 28 gündən sonra evlərində dünyasını dəyişmişdir. Təcili yardım çağıranda artıq gec idi. Oğlu 17 oktyabr 2021-ci il tarixində Salyan rayon mərkəzindəki qəbiristanlığında atasının yanında dəfn olunmuşdur. Bu faktı qonşuları Bakı şəhəri, Biləcəri qəsəbəsi, 2-ci Y.Hüseynov küçəsi, ev 4, mənzil 38-də qeydiyyatda olan X8 FİN: 21N9LB8, Biləcəri qəsəbəsi, Natavan küçəsi, ev 27, mənzil 11-də qeydiyyatda olan X10:5EZMRTC, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsi, özbaşına tikilidə yaşayan X1: 1AHC4P0 təsdiq edə bilərlər. 21 sentyabr 2021-ci ildə oğluna doğum haqqında şəhadətnamə almışlar. Oğlunun ölüm haqqında şəhadətnaməsini almaq istəyərkən Bakı şəhəri 11 saylı uşaq polikilinkasından arayış istədilər. Uşaq hələ ərazi polikilinkada qeydiyyata düşmədiyi üçün Maraqlı şəxs 22 oktyabr 2021-ci il tarixində 05lq-2364115 saylı imtina məktubu vermişdir. Baxmayaraq ki, Bakı şəhəri TTYS-nın 17 saylı bölməsi tərəfindən 18 okatybr 2021-ci il tarixində həkimə qədər ölüm diaqnozu ilə bağlı arayış verilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısıdır. Eyni zamanda o qardaşı ilə qonşudur. 18 sentyabr 2021-ci il tarixdə qardaşının ikinci uşağı X12 anadan olmuşdur. Lakin uşaq vaxtından əvvəl doğulduğu üçün ürəyində qüsur olmuşdur. Həkimin məsləhəti ilə uşaq xəstəxanadan çıxarılmışdır. Daha sonra 16 oktyabr 2021-ci il tarixdə saat 18:00-da uşağın nəfəs almasında problem olmuş, gəlinləri – uşağın anası Sənubər dərhal onu çağırmışdır. Onlar təcili tibbi yardım çağırsalar da, tibbi yardım gələndə uşaq artıq keçinmişdir. Uşağı onun atasının yanında, Salyan qəbrstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin iş yoldaşıdır. 16 oktyabr 2021-ci il tarixdə işdə olarkən Bəşarətə zəng gəldi ki, uşağın halı yaxşı deyil, təcili tibbi yardım çağırıblar. Bəşarət də zəngdən dərhal sonra işdən çıxıb evə getdi. Daha sonra isə məlum oldu ki, uşaq artıq rəhmətə getmişdir. O digər iş yoldaşları ilə birlikdə həmin gün Bəşarətin evinə gedərək başsağlığı vermişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həm iş yoldaşı, həm də qonşusudur. 16 oktyabr 2021-ci il tarixdə Emin ona zəng edərək bildirdi ki, Bəşarətin oğlu rəhmətə getmişdir. O da iş yoldaşlarına qoşularaq həmin gün Bəşarətin evinə gedərək başsağlığı vermişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZ-İ seriyalı, 821763 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 29 dekabr 2012-ci il tarixdə nikaha daxil olmuşlar, arvada Məmmədova soyadı verilmişdir. AZ-İV seriyalı 654977 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası isə X3r. Təcili və X11 Stansiyasının 17 saylı Bölməsi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, 16 oktyabr 2021-ci il tarixdə, saat 18:00-da 28 günlük X7 həkimə qədər ölüm, kişi cinsli uşaq meyidi diaqnozu qoyularaq müvafiq ilkin tibbi yardım göstərilmişdir. 11 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi uşağı doğulandan sonra valideynin yazılı izahatına əsasən yaşadığı ünvana gec gəldikləri üçün və gəldiklərində uşağı bir ayından sonra qeydiyyata salacağını bildirilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən övladı X12 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin övladı X13 16 oktyabr 2021-ci il tarixdə ev şəraitində vafət etmiş, lakin ərizəçinin övladının vəfat etməsi faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar