Məhkəmə qərarları › İş №2(001)-852/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-852/2025

17.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-852/2025 17.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ev şəraitində ölüm faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsini qeyd edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, xx.xx.2024-cü il tarixdə onun qardaşı X4 ünvan 1 ünvanda vəfat etmişdir. Qardaşı Emil və onun arvadı İnna Həsənova tərəfindən BŞT TTYS çağırılmışdır. xx.xx.2024-cü il tarixli BŞT TTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 2 ünvanda yaşamış xx.xx.2005-ci il tarixdən psixiatriya kabinetdə “şizofreniya” diaqnozu ilə qeydiyyatda olan xx.xx.1971-ci il. təvəllüdlü X4 vəfat etmişdir. Ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı 33 nömrəli şəhər poliklinikaya müraciət etmişdir. 33 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 18-1-1-28/2-H- 23-xx-xx/2024 nömrəli məktubu ilə X4 naməlum səbəbdən evdə vefat etdiyi görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31 yanvar 2018-ci il tarixli 05 №li qərarına müvafiq olaraq poliklinika tərəfindən 106№li ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmaması barədə bildirmişlər. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” - Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: İş materiallarında olan seriya AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Təcili və X1 Stansiyasının 20 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə ünvan 3 ünvanından X2 adına çağırış edilmiş və həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçini və mərhumu tanıyır. Ərizəçi və mərhum qardaşı Cəmil qapı bir qonşuluqda yaşamışlar. xx.xx.2024-cü il tarixdə Cəmilin vəfat etdiyini eşitmiş, dərhal mərhumun qardaşı ilə birlikdə otaga daxil olmuşdur. Cəmil Həsənov ruhi xəstəlikdən əziyyət çəkirdi. Özü dəfn və yas mərasimlərində iştirak etmişdir. X7 Binəqədi qəsəbə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində məhkəməyə bildirdi ki, ərizəçinin qardaşıdır. Qardaşı Cəmil ruhi xəstəlikdən əziyyət çəkdiyindən bacısı və özünün himayəsində olmuşdur. xx.xx.2024-cü il tarixdə işdən evə gələn zaman bacısı qardaşı Cəmilə hazırladığı yeməkləri Cəmilə vermək üçün ona vermiş, bu məqsədlə qardaşının qaldığı evə getmiş, qapını döysə də açan olmamışdır. Daha sonra qapının açarı özündə olduğundan açar vasitəsi ilə evə daxil olmuş və qardaşının yatağında oturulu vəziyyətdə vəfat etdiyin görmüşdür. Dərhal təcili tibbi yardıma və qonşulara xəbər vermiş, daha sonra dəfn edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X2 ölüm faktının qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar