Məhkəmə qərarları › İş №2(001)-8591/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8591/2021

27.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8591/2021 27.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi “şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22.11.1937-ci il təvəllüdlü X2nın 09.04.2018-ci il tarixdə müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 22.11.1937-ci il təvəllüdlü mərhum anası X11 uzun sürən xəstəlikdən əziyyət çəkdiyi üçün vəfat etmişdir. Həmin gün evə çağırılmış Təcili və X7 Stansiyası tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıqda bunlar qeyd edilmişdir: 09.04.2018-ci il tarixdə saat 15:22 radələrində X8 məxsus 80 yaşlı qadın cinsli meyit aşkarlanmışdır. Ərazi üzrə Poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət etsələr də, ölüm haqqında tibbi şəhadətnaməni almaq mümkün olmamışdır. Rəhmətlik anası Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 1, mənzil 21-də qeydiyyatda qalmışdır. Anasının mənzildən qeydiyyatdan çıxarılması üçün müraciət etsə də, bildirmişlər ki, ölüm haqqında şəhadətnamə olduğu halda mənzil qeydiyyatından çıxarıla bilər. Eyni zamanda anasının ölümünün qeydə alınması məqsədi ilə ərazi üzrə qeydiyyat şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin ona qeydiyyat şöbəsindən “ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir” kimi cavab vermişlər. Ona görə də ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması qeyri-mümkün olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə göndərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini, işin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişlər. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qonşusudur. Zaurun anası Leyda xanım xəstəlikdən əziyyət çəkmişdir. X2 09.04.2018-ci il tarixdə rəhmətə getmiş, Fatmayi kəndində dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, Ərizəçi iş yoldaşıdır. Zaurun anası Leyda xanım xəstəlikdən əziyyət çəkmişdir. X2 09.04.2018-ci il tarixdə rəhmətə getmiş, Fatmayi kəndində dəfn edilmişdir. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində bildirmişdir ki, X2 onun arvadıdır, 09.04.2018-ci il tarixdə xəstəlikdən rəhmətə getmişdir. X12 Fatmayi kəndində dəfn etmiş, yas mərasimi təşkil etmişdir. İş materiallarında olan İV-ЖГ seriyalı 352776 nömrəli doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1965ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X10r. İş materiallarında olan Bakı şəhəri Təcili və X3 Stansiyasının 09 aprel 2018-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin günü saat 15:22-də ünvan 1 ünvana X4 adına çağırış olmuş, çağırışa gələn həkimlər X4 öldüyünü görmüşlər. İş materiallarında olan Fatmayı Bələdiyyəsi tərəfindən verilmiş 19.12.2019-cu il tarixli arayışdan görünür ki, X11 09 aprel 2018-ci il tarixdə Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Ə.D.Məlikov adına X17”nin 26.10.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 1, mənzil 21-də yaşamış, 22.11.1937-ci il təvəllüdlü X11 ölüm tarixi 3 il əvvəl (2018-ci il) olduğuna görə poliklinika tərəfindən ölüm haqqında arayış verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxsndən verilmiş 26 noyabr 2019-cu il tarixli məktubdan görünür ki, Ərizəçi ölüm haqqında həkim şəhadətnaməsi olmadığı üçün X4 ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan X2nın qəbrinin fotoşəkilindən görünür ki, onun qəbir daşında “SƏLİMXANOVA QAZİYEVA LEYDA ƏSƏD QİZİ” ölüm tarixi kimi isə “22.11.1937- 09.04.2018” yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X4 09.04.2018-ci il tarixdə, Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 22.11.1937-ci il təvəllüdlü X4 09.04.2018-ci ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə 22.11.1937-ci il təvəllüdlü X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar