Məhkəmə qərarları › İş №2(001)-881/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-881/2023

01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-881/2023 01.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qardaşı xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qardaşı xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, qardaşı xx.xx.1989-cu il təvəllüdlü X1 Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, xx.xx.2022-ci il tarixdə iş yerində vəziyyəti ağırlaşmış və X18 gələnə kimi vəfat etmişdir. Mərhum X18 tərəfindən 5 saylı xəstənaxaya aparılmış və orada onun ölməsi təsdiq edilmişdir. Hər iki müəssisə tərəfindən qardaşının ölməsinə dair arayış verilmişdir. Bunu təsdiq edən Təcili və X7 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsi mövcuddur. Mərhum qardaşının iki övladı vardır. O, Maraqlı şəxsnə müraciət edərək ölümün qeydə alınmasını və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/q-3348/13 saylı məktub ilə bundan imtina etmişdir. İmtina məktubunda ölüm qeydiyyatının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi əsasında aparıla biləcəyi ona bildirilmişdir. Mərhum qardaşı iş yerində öldüyü üçün onlara tibbi şəhadətnamə verilməmişdir. Onlara yalnız Təcili və X7 Stansiyasının və xəstəxananın ölüm halını təsdiq edən aktı verilmişdir. X3 övladlarının pensiya təminatı və digər sosial ödənişlərinin almasında və mərhumun miras əmlakının vərəsələrə keçməsində çətinliklər yarandığından ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİ-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1993cü il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X10, anası X2r. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş XV-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 xx.xx.1989-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuş, atası X10, anası X2r. BŞT və TTYS 9 saylı bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən müəyyən olunur ki, X3 adına çağırış daxil olmuş, həkim həkimə qədər ölüm, kişi cinsli meyid qeydini aparmışdır. Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli XB-188 nömrəli arayışından müəyyən olunur ki, X9 xx.xx.2022-ci il tarixdə Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli 482-C-22 saylı məktubundan müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə ölməsi faktı ilə əlaqədar toplanmış material üzrə Nərimanov rayo prokurorluğunda aparılmış araşdırma zamanı sonuncunun ölümündə hər hansı bir cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, oğlu xx.xx.1989-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində iş yerində ölmüş, Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, əri X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində iş yerində olarkən ölmüş, Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, həyat yoldaşının qardaşı X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində iş yerində ölmüş, Xırdalan Bələdiyyəsinin tabeliyində olan Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/q-3348/13 saylı məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, əri X3 adına ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinə görə ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi X6 bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunduğundan, ərizəçi bu barədə sənədi başqa qaydada ala bilmədiyindən məhkəmə ərizəni əsaslı hesab edib təmin edir. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar