Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8877/2021 15.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, X1 27 aprel 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə 15 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı X1 27 aprel 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mərhum övladı X3 30 iyun 1986-cı il tarixdə Şamaxı rayonunun Göylər kəndində doğulmuş, 27 aprel 2002-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Kənd camaatının iştirakı ilə kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlunun ölümündən sonra o, uzun müddət xəstə olmuş, başı qarışıq olduğu üçün oğluna aid ölüm haqqında şəhadətnaməni almamışdır. Sonradan o, qeydiyyat şöbəsinə müraciət etdiyində oğlunun ölümü haqqında tibbi şəhadətnamə olmadığından faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məzmunlu cavab almış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarımasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin qardaşı, mərhum Ələddin Mehyəddinovun dayısı olduğunu bildirərək həqiqətən də Ələddinin 27 aprel 2002ci il tarixdə Şamaxı rayonunun Göylər kəndində vəfat etdiyini, həmin tarixdə də kənd qəbirstanlığında dəfn olunduğunu, onun özünün şəxsən dəfndə iştirak etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin Göylər kəndindən qonşusu olduğunu bildirib E.Qəniyevin izahatına uyğun izahat verdi. Mülki iş materiallarında olan: - Şamaxı rayonu Göylər kənd məscidi Dini İcmasının sədri tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X3 27 aprel 2002-ci il tarixdə vəfat etmiş, Göylər qəbirstanlığında dəfn edilmişdir. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Göylər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi 30 iyun 1986-cı il təvəllüdlü övladı X3 həqiqətən 27 aprel 2002-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonunun Göylər kəndində kənd qəbirstanlığında dəfn olunmuşdur. - Bakı şəhəri Maraqlı şəxs 29.09.2020-ci il tarixli məktubundan görünür ki, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin nümayəndəsinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X3 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, Ərizəçi övladı X1 27 aprel 2002-ci il tarixdə vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi xahişi təmin edilsin. 30 iyun 1986-cı il tarixdə anadan olmuş X1 27 aprel 2002-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8877/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8877/2021
15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver