Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-892/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 (maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X7 ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 1972-ci il tarixdə Bakı şəhərində anadan olan X4 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə 07 may 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X10 29 noyabr 2021-ci ildə vəfat etmişdir. Yoldaşının dəfn mərasimi ilə bağlı tədbirlərlə məşğul olduğu üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Yoldaşı Binəqədi rayonu X15 qəbirstanlığında dəfn olunmuşdur. Mərhuma yas mərasimləri keçirilmiş və bütün qohum, qonşular yas mərasimində iştirak etmişlər. Bu faktla əlaqədar qohumlar və qonşular Akt tərtib etmişlər. Ərinin ölməsi barədə tibbi arayış olmadığından bügünə kimi onun ölməsi barədə ölüm haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Binəqədi rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurumdan ona bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edimiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyatı” qaydalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir və əri X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə həmin fakt məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış məktublarında iddiaya etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin və mərhum X4 oğludur. Atası xeyli müddət idi ki, xəstə idi. 29 noyabr 2021-ci il tarixdə anası ona zəng edərək bildirmişdir ki, atasının vəziyyəti pisləşib, təcili evə gəlmək lazımdır. O da işdə olduğu üçün icazə alaraq evə getmişdir. Evə gəldikdə artıq atası rəhmətə getmişdir. X8 Kənd qəbirstanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X4 isə qardaşıdır. X10 xeyli müddət idi ki, xəstə idi. 29 noyabr 2021-ci il tarixdə oğlu ona zəng edərək bildirmişdir ki, qardaşının vəziyyəti pisdir, təcili gəlmək lazımdır. O da işdə olduğu üçün icazə alaraq qardaşının yaşadığı evə getmişdir. O, çatanda qardaşı son nəfəsini verirdi. Qardaşı üçün yas mərasimi keçirilmiş və qohumları da iştirak etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin yaxın qonşusu olmaqla, tez-tez gediş-gəlişləri vardır. X10 xeyli müddət idi ki, xəstə idi. Onun üçün həmişə təcili tibbi yardım çağırılırdı. X10 29 noyabr 2021-ci il tarixdə rəhmətə getmişdir. Həmin gün o, ərizəçinin evində idi. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum əmisi X10 xeyli müddət idi ki, xəstə idi. 29 noyabr 2021-ci il tarixdə əmisi arvadı ona zəng edərək bildirmişdir ki, əmisinin vəziyyəti pisdir, təcili gəlmək lazımdır. O da işdə olduğu üçün icazə alaraq əmisinin yaşadığı evə getmişdir. Əmisi üçün yas mərasimi keçirilmiş və qohumları da iştirak etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 yanvar 1972-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X4 yaşayış yeri ünvan 3-dur. Nikahın bağlanması haqqında 353836 nömrəli şəhadətnamənin surətindən görünür ki, X10 ilə X14 07 may 1993-cü il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Təcili və X6 Stansiyasının 16 saylı Bölməsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, 29 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu, İsfahani küçəsi, ev 39-da X4 meyidi aşkar edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 01 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən əri X10 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Bakı şəhəri Binəqədi rayonu X2 02 dekabr 2021-ci il tarixli arayışından görünür ki, X10 həqiqətən də 29 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu X15 qəbrstanlığında dəfn edilmişdir. 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 04 dekabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanında yaşamış mərhum 1972-ci il təvəllüdlü X10 30 mart 2011-ci il tarixdən hal-hazıradək hər hansı bir xəstəliklə poliklinikaya müraciət olmamışdır. Ona görə də mərhuma ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. X16, X5 və X1 tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, X10 29 noyabr 2021-ci il tarixdə uzun sürən xəstəlikdən Bakı şəhərində vəfat etmişdir. Mərhum Binəqədi rayonu X15 qəbrstanlığında dəfn edilmişdir. Mərhumun dəfn və yas mərasimində iştirak etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin əri X10 29 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində ölmüş, lakin ərizəçinin ərinin ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 yanvar 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 29 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 29 yanvar 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 29 noyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-892/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-892/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver