Məhkəmə qərarları › İş №2(001)-913/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-913/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-913/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinun (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1905-ci il təvəllüdlü X1 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində rəhmətə getməsini nəzərə alaraq ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1942-ci il təvəllüdlü anası X5 ünvan 1 ünvanında ölüm anınadək yaşamışdır. 19 sentyabr 2024-cü il tarixdə ‘‘yumurtalığın bədxassəli yenitörəməsi” diaqnozu ilə rəhmətə getmiş və bu fakt ölüm haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Miras açılması barədə notariat kontoruna müraciət etdikdə ona anasından qalmış mirası qəbul etmək üçün onun valideynlərinin ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Qeyd edir ki, nənəsinin və babasının kökü Ermənistan Respublikasına gedib çıxır, nənəsi X13 o zaman Azərbaycan Respublikasına köçüb burada yaşamağa başlamışdır. xx.xx.1976-cı ildə nənəsi Bakı şəhərində rəhmətə getmiş və Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 116 saylı məktubu ilə X1 Abşeron rayonu, Mehdiabad qəbirstanlığında dəfn olunması barədə arayışda öz əksini tapmışdır. Ona məlum olmayan səbəblərə görə o zaman nənəsi barəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. X1 rəhmətə getməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs 3-16-5/7-B-1791/24 saylı, 11 oktyabr 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli. 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müfaviq sənədi ilə təsdiq edilməlidir. Nənəsinin adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edir ki, qohumların iştirakı ilə mərhum nənəsinin Abşeron rayonu, Mehdiabad qəbirstanlığında dəfn edilməsi barədə şahid ifadələri ilə yaxın qohumları məhkəmə zalında təsdiq edə bilər. Hesab edir ki, mərhum nənəsinin ölüm faktı məhkəmə qaydasında müəyyən edilməli və ona ölüm haqqında şəhadətnamə verilməlidir. O, nənəsi barəsində ölüm haqqında tibbi şəhadətnamə almaq üçün qeydiyyatda olduğu Binəqədi rayon 10 saylı şəhər Poliklinikaya müraciət etməli olmuş, ona 10 saylı Poliklinikanın 1989-cu il tarixdən fəaliyyət göstərməsini və yalnız məhkəmənin sorğusuna rəsmi cavab verəcəyi bildirilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəsini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdir. İş üzrə maraqlı şəxs qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında şahid X9 ifadəsində göstərdi ki, ərizəçinin onun xalası qızıdır. Nənəsi 1976-cı ildə Bakı şəhərində rəhmətə getmişdir. Nənəsini Mehdiabad qəbristanlığında dəfn etmişlər. Məhkəmədə şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun xalası qızıdır. Nənələrinin 5 qızı olub, 1976-cı ildə Bakı şəhərində rəhmətə gedmiş, onu Mehdiabad qəbristanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış, X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ərizəsi təmin edilməmişdir. İ-ЗЖ seriyalı 229756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü X2 atası X10, anası X11r. Abşeron rayonu Mehdiabad bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhumə X13 xx.xx.1976-cı il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunmuşdur. AZ-İİ seriyalı 403166 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İİ-ЖГ seriyalı 260299 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə X6 arasında olan nikah Bakı şəhəri Kirov rayon VVAQ şöbəsində xx.xx.1978-ci il tarixdə bağlanmış və 519 nömrə ilə qeyd olunmuşdur. AZ-İV seriyalı 647076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Ərizəçi atası X4, anası X3. Qəbirdaşının fotoşəklindən müəyyən olunur ki, 1905-ci il təvəllüdlü X13 1976-cı il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən 1905-ci il təvəllüdlü X7 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübut olunur. Lakin Bakı şəhəri Maraqlı şəxs məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şərh edilənləri məhkəmə hesab edir ki, 1905-ci il təvəllüdlü X7 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 1905-ci il təvəllüdlü X7 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar