Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-914/2025 07.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X24 oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.1942-ci il təvəllüdlü anası X10 ünvan 1 ünvanında ölüm anınadək yaşamışdır. 19 sentyabr 2024-cü il tarixdə “yumurtalığın bədxassəli yenitörəməsi” diaqnozu ilə rəhmətə getmiş və bu fakt ölüm haqqında şəhadətnaməsində öz əksini tapmışdır. Mirasın açılması barədə notariat kontoruna müraciət etdikdə ona anasından qalmış mirası qəbul etmək üçün onun valideynlərinin ölüm haqqında şəhadətnamələri tələb olunmuşdur. Nənəsi və babasının kökü Ermənistan Respublikasına gedib çıxır, nənəsi X20 o zaman babasını Ermənistan Respublikasının İrəvan şəhərinin mərkəzində yerləşən Toxmaqgöl qəbirstanlığında dəfn etdikdən bir müddət sonra Azərbaycan Respublikasına köçmüş və burada yaşamağa başlamışdır. xx.xx.1976-cı il tarixdə nənəsi Bakı şəhərində rəhmətə getmiş və Mehdiabad qəbirstanlığında dəfn edilmişdir. Lakin 1895-ci il təvəllüdlü babası X13 20 sentyabr 1962-ci il tarixdə Ermənistan Respublikasının İrəvan şəhərinin mərkəzində yerləşən Toxmaqgöl qəbirstanlığında dəfn edilmişdir. Həmin qəbirstanlığın sol tərəfində müsəlmanlar, sağ tərəfində isə xristianlar dəfn edilmişdir. Mərhum babasının Ermənistan Respublikasının İrəvan şəhərinin mərkəzində yerləşən Toxmaqgöl qəbirstanlığında dəfn edilməsini şahid ifadələri ilə yaxın qohumları məhkəmə zalında təsdiq edə bilərlər. Babasının dəfn edilməsini təsdiq edən xatirə fotoşəkilləri də mövcuddur. O, hesab edir ki, mərhum babasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməli və ona ölüm haqqında şəhadətnamə verilməlidir. X1 rəhmətə getməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin alınması məqsədilə Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs 3-16-5/7-13-1794/24 saylı 11 oktyabr 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktların qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müfaviq sənədi ilə təsdiq edilməlidir. Babasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. O, hesab edir ki, mərhum babası ölüm faktı məhkəmə qaydasında müəyyən edilməli və ona ölüm haqqında şəhadətnamə verilməlidir. O, babası barəsində ölüm haqqında tibbi şəhadətnamə almaq üçün qeydiyyatda olduğu Binəqədi rayon 10 saylı səhər poliklinikaya müraciət etməli olmuşdur, ona 10 saylı poliklinikanın 1989-cu il tarixdən fəaliyyət göstərməsini və yalnız məhkəmənin sorğusuna rəsmi olaraq cavab veriləcəyi bildirilmişdir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 1895-ci il təvəllüdlü X1 xx.xx.1962-cı il tarixdə rəhmətə getməsini nəzərə alaraq, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə etməklə yanaşı, məhkəmə dəqiqləşmə barədə ərizə təqdim edərək, X1 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 11 oktyabr 2024-cü il tarixli 3-16-5/7-13-1794/24 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetiinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Babasının adına tərtib edilmiş ölüm haqqında şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan İİ-ЖГ seriyalı 260299 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X10 arasında xx.xx.1978-ci il tarixdə nikah bağlanmış və 519 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 403166 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 647076 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası isə X3. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1942-ci il tarixdə İrəvan şəhərində anadan olmuşdur, atası X13, anası isə X14r. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/4-13- 13273/2024 saylı məktubdan görünür ki, X5 (1895-ci il təvəllüdlü) doğumu və ölümü haqqında məlumatın istənilməsinə dair müraciətə tərəflərindən baxılmış və bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən C.Muradovun doğumu və ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1948-ci ildən saxlanıldığından C.Muradovun doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən, o cümlədən ölüm də müvafiq ildən əvvələ aiddirsə məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan C.Muradova aid məzarın foto-şəklindən məlum olur ki, 1895-ci il təvəllüdlü X13 1962-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(001)-913/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilmiş, 1905-ci il təvəllüdlü X12 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 Toxmaqgöl qəbiristanlığında dəfn edilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 vəfat etməsi faktını təsdiq etmiş, həmçinin onun yaşadığı zaman gördüyünü və yoldaşının adının Sona olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ərizəçinin qohumu olmaqla yanaşı, ərizəçinin X1 1962-ci il tarixdə vəfat etməsi faktını və Toxmaqgöl qəbirstanlığında dəfn edildiyi təsdiq etmiş, həmçinin onun yoldaşı Sona xanımın da vəfat etdiyini və Mehdiabadda dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ərizəçinin xalası oğlu olmaqla yanaşı, ərizəçinin X1 1962-ci il tarixdə vəfat etməsi faktını təsdiq etmiş, həmçinin C.Muradovun ilk nəvəsi olduğunu, babasının Toxmaqgöl qəbiristanlığında dəfn edildiyini, babasının limonad zavodunda işlədiyini, qazetdə də şəklinin dərc edildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 1895-ci il təvəllüdlü X5 20 sentyabr 1962-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Odur ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, 1895-ci il təvəllüdlü X5 vəfat etməsi faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1895-ci il təvəllüdlü X5 20 sentyabr 1962-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-914/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-914/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver