Məhkəmə qərarları › İş №2(001)-934/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-934/2025

13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-934/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, Ərizəçi iştirakı ilə, 01 iyul 1932-ci il təvəllüdlü X1 19 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 1932-ci il tarixində Ermənistan, Krasnoselo rayonunda doğulmuş mərhum atası X1 19 oktyabr 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 Ermənistan, Krasnoselo rayonunda 01 iyul 1932-ci il tarixində anadan olmuşdur. 19 oktyabr 2024-ci il tarixdə atası X3 ünvan 1 ünvanında vəfat etmişdir. 20 oktyabr 2024-cü il tarixdə atası X3 Bakı şəhəri, Binəqədi rayonu, Keyrəki palçıq vulkanın yanında yerləşən qəbiristanlıqda dəfn edilmişdir. O, mərhum atasının ölüm haqqında şəhadətnamənin verilməsi üçün “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxsi 37 nömrəli şəhər poliklinikasına müraciət etmiş, lakin oradan mərhumun 37 nömrəli şəhər poliklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmadığı, dispanserdə qeydiyyatının olmaması səbəbindən ona ölüm haqqında tibbi şəhadətnamənin verilə bilməməsini əks etdirən 25 oktyabr 2024-cü il tarixli imtina məktubu verilmişdir. O, həmçinin mərhum atasının ölüm haqqında şəhadətnamənin verilməsi üçün 7 saylı Asan xidmətinin Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin həmin şöbədən 29 oktyabr 2024-cü il tarixli 405 3-16- 5/8-15-İ-893/2024 saylı məktubu ilə rədd cavabı verilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Həmin arayışların olmadığına görə ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildirir ki, mərhum atası rəhmətə getdikdən sonra “Bakı Şəhəri Təcili və X9 Stansiyası” PHŞ-nin əməkdaşları gəlmişdir. “Bakı Şəhəri Təcili və X9 Stansiyası” PHŞ-nin statistika şöbəsi tərəfindən 19 oktyabr 2024cü il tarixində verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində mərhumun ölüm tarixi və öldüyü göstərilmişdir. 27 sentyabr 1965-ci il tarixli İ-33K 752485 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 onun doğma atasıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, X5 atasıdır. xx.xx.2024-cü il tarixdə qardaşının evində vəfat edib. O, sağlam olub, heç bir narahatçılığı olmayıb. Bacısı və onunla deyib gülürdü. Qəfil halı pisləşdi və vəfat etdi. İş üçün əhəmiyyət kəsb edən sənədlər məhkəməyə təqdim edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, 1968-ci ildə Ermənistanda anadan olmuş və hazırda Masazırda yaşayır. X5 dayısıdır, oğlu ilə yaşayırdı. Dayısının 92 yaşı olub. Ona dedilər ki, dayısı Nəriman İsgəndərovun vəziyyəti yaxşı deyil. Təcili tibbi yardım çağırdıq, dedilər artıq dünyasını dəyişib. Onlara bildirdilər ki, X13 polinklinikada qeydiyyatda olmadığından ölüm sənədi yalnız məhkəmə qaydasında alınmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, X13un qızıdır, 1973-cü ildə Ermənistanda anadan olub. X7rdaşı ilə yaşayırdı. Atası vəfat etdiyi gün o, özü atasının yanında olub. Yaşı çox olsa da, xəstəliyi olmayıb. Qəfil halı pisləşdi, təcili tibbi yardım çağırdıq, dedilər artıq dünyasını dəyişib. X16 Binəqədi qəbiristanlığında dəfn edilib. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx xxxxxx 1964-cü ildə Ermənistanda anadan olmuş, şəhadətnamənin ata qrafasında – X3, ana qrafasında isə - X12 qeyd edilmişdir. - Təcili və X9 Stansiyasının 19 oktyabr 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə həkimə qədər ölmüşdür. - 37 nömrəli polinklinika tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü mərhum X3 xx.xx.2024-cü il tarixdə rəhmətə gedib. Mərhum 37 nömrəli şəhər polinklinikasına hər hansı bir xəstəliklə əlaqədar müraciəti olmayıb, dispanser qeydiyyatında yoxdur. Bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə verilə bilməz. - 7 saylı Bakı “ASAN xidmət” X11 tərəfindən Ərizəçi ünvanlanmış 29 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 02/İ-802 nömrəli arayışından görünür ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə Binəqədi qəsəbəsinin Keyrəki kənd qəbiristanlığında X1 dəfni icra edilmişdir. - İşə əlavə edilmiş məzar daşını əks etdirən bir ədəd fotoşəkildən görünür ki, X3 xx.xx.1932-ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, həmçinin mülki iş materiallarından məlum olur ki, X1 ölüm faktının müəyyən edən sənədin başqa qaydada alınması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.8-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bundan başqa “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndində əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.” Məhkəmə hesab edir ki, Ərizəçi atası X1 vəfat etməsi faktını təqdim etdiyi sənədlərlə sübuta yetirə bildiyinə görə ərizəçinin xahişi təmin edilməli və 01 iyul 1932-ci il təvəllüdlü X1 19 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 01 iyul 1932-ci il təvəllüdlü X1 19 oktyabr 2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar