Məhkəmə qərarları › İş №2(001)-938/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-938/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-938/2024 16.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, mərhum Rəhimova (Məmmədova) Aynur Məqsəd qızı onun bacısıdır. Bacısı 25 oktyabr 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə qəflətən halı pisləşdiyi üçün anası – Qönçə Məmmədova tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Xidmətin çağrı mərkəzinə zəng olunaraq növbətçi briqada çağırılmış və eyni zamanda ona xəbər verilmişdir. X8 briqadası evə çatanada o, artıq ünvanda idi, növbətçi həkim müayinə etdikdən sonra bacısının artıq ölməsi barədə onlara məlumat verilmişdir. X8 briqadasının 25 oktyabr 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Rəhimova (Məmmədova) Aynur Məqsəd qızının üzərində zorakılıq əlamətləri olmayan qadın cinsində meyid aşkar edilmişdir. 26 oktyabr 2023-cü il tarixdə bacısının cəsədi dini və ənənəvi qaydalara müvafiq olaraq Abşeron rayon Saray qəbirstanlığında dəfn edilmişdir. Bu barədə Bakı şəhəri, Abşeron rayonu, Saray Bələdiyyəsinin 02 noyabr 2023-cü il tarixli 372 nömrəli arayışı mövcuddur. O, Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək Rəhimova (Məmmədova) Aynur Məqsəd qızının ölümünün qeydiyyata alınmasını xahiş etsə də, ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün imtina məktubu ünvanlanmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, bacısı – 14 iyul 1988-ci il təvəllüdlü X1 25 oktyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması və Bakı şəhəri Maraqlı şəxs üzərinə ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda Ərizəçi ərizə təqdim edərək, ölüm faktının müəyyən edilməsinin ona sənədləşmə işlərinin aparılması məqsədilə lazım olduğunu ərizəsində qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək ərizəyə etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Təcili və X2 Stansiyası tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə X3 üçün çağırış edilmiş, həmin gün saat 21:40-da qadın cinsli meyit (üzərində zorakılıq əlamətləri yoxdur) aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 01 noyabr 2023-cü il tarixli, 3-16-5/7-11-1895/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ərizənin hazırda təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan AA2858435 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 14 iyul 1988-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, arayış verilir vətəndaş Ərizəçi ondan ötrü ki, həqiqətən də onun bacısı X3 25 oktyabr 2023-cü il tarixdə rəhmətə getmiş və Abşeron rayon Saray qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ərizəçinin xalası olmaqla yanaşı, 14 iyul 1988-ci il təvəllüdlü X1 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin xalası oğlu olmaqla yanaşı, 14 iyul 1988-ci il təvəllüdlü X1 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Eyni zamanda həmin qərarda məhkəmələrə izah edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarında olan mövqeyini və mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, 14 iyul 1988-ci il təvəllüdlü X1 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və 14 iyul 1988-ci il təvəllüdlü X1 ölüm faktı müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 14 iyul 1988-ci il təvəllüdlü X1 25 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar