Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-986/2025 13.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ev şəraitində ölüm faktı) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən ərizə onunla əsaslandırılır ki, mərhum X2 övladıdır, atası 1955-ci ildə doğulmuşdur. Atası yaşı ilə əlaqədar son zamanlarda səhhətində problemlər yaranmış, "beyin quruması" — "parkinson" xəstəliyindən müalicə almışdır. Lakin müalicələr öz faydasını verməmiş və nəticədə 28 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 75 ünvanında vəfat etmişdir. Atasının halının pisləşməsi ilə əlaqədar dərhal təcili tibbi yardıma məlumat versələr də, həkimlər gələnə qədər artıq atası keçinmişdir. Bu barədə "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" verilmişdir. Atası elə hemin gün Binəqədi qəsəbəsinin kənd qəbirstanlığında dəfn olunmuşdur. Bundan sonra o, atasınma aid ölüm haqqında tibbi şəhadətnamə alınması üçün 35 nömrəli şəhər poliklinikasına müraciet etsə də, ona məktubla cavab verilmiş, ölüm haqqında şəhadətnamə alınması üçün müraciət etdiyi Maraqlı şəxs tərəfindən isə müraciətinin icrasından imtina edilməsi barədə cavab verilmişdir. Atasına aid ölüm haqqında şəhadətnaməni almaq üçün başqa çarəsi qalmadığından bu ərizə ilə məhkəməyə müraciet etməli olmuşdur. Ölüm haqqında şəhadətnamə yarana biləcək vərəsəlik işləri və digər sənəd işləri üçün mühüm əhəmiyyətli hüquqi sənəd hesab edilir. Ölüm faktının qeydə alınması və Ölüm haqqında şəhadətnamənin başqa üsulla alınması mümkün deyildir. II. Ərizəçi və maraqlı şəxsin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” - Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. - 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. - 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi: -seriya AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1955-ci il tarixdə doğulmuşdur. -İX-ЖГ seriyalı 415433 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur, atası X16-bəy oğlu, anası X3r. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək parkinson xəstəliyi nəticəsində demensiya diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə oğlunun ərizəsi əsasında evə buraxılmışdır. -Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. -Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02/N-817 nömrəli arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Binəqədi qəsəbə kənd qəbristanlığında dəfn edilmişdir. -“Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X17 35 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 01 noyabr 2024 tarixli 559 nömrəli məktubdan görünür ki, Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən korpus 75 ünvanında yaşayan mərhum X5 xx.xx.2016-cı ildən Binəqədi rayon 35№-li poliklinikasının tibbi qeydiyyatında olub. Mərhum ruhi əsəb dispanserində stasionar müalicədə olub, xx.xx.2024-cü il tarixdə poliklinikanın psixiatri tərəfindən F03.0 (dəqiqləşməmiş demensiya) diaqnozu ilə Respublika Psixiatrik xəstəxanasına göndərilmişdir. Ölüm arayışının verilməməsinin səbəbi ölümə səbəb olan xəstəliklə bağlı heç bir müraciətin olmamasıdır. -Təcili və X9 Stansiyasının 16 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən korpus 75 ünvanından X2 adına çağırış edilmiş və həkimə qədər ölüm, kişi cinsli meyid aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində məhkəməyə bildirmişdir ki, ərizəçinin əmisidir. X13 uzun müddət psixi xəstəlikdən əziyyət çəkmiş, sonuncu dəfə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Xəstəxanadan verilən məlumat əsasında xx.xx.2024-cü il tarixdə oğlu Babək onu yaşadıqları evə gətirmiş, xx.xx.2024-cü il tarixdə həmin evdə qardaşı vəfat etmişdir. Həmin vaxt özü işdə olmuş, bacısının zəngi əsasında dərhal qardaşının yaşadığı evə getmişdir. Daha sonra qardaşı Binəqədi qəsəbə kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 diər şahid X1 ifadəsinə məzmunca oxşar ifadə verməklə ifadəsində X2 ev şəraitdə xx.xx.2024-cü il tarixdə vəfat etməsini və Binəqədi qəsəbə kənd qəbristanlığında dəfn edildiyini təsdiq etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1955-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı təsdiq edilsin. X2 ölüm faktının qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №2(001)-986/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-986/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver