Məhkəmə qərarları › İş №2(001)-991/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-991/2022

25.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-991/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsini qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X4 ilə 28 sentyabr 2010-cu ildə rəsmi nikaha girərək ailə qurmuş və birgə nikahdan onların 29.02.2012-ci il təvəllüdlü X2 və 25.05.2015-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. 30.03.2017-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında övladları Nigar Əlmədətli vəfat etmiş və ünvan 2bristanlığında dəfn edilmişdir. Hal-hazırda ərizəçinin ipoteka ilə mənzil alınması ilə bağlı uşağın ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi nümayəndəsi Nümayəndə 24.01.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, işə ərizəçinin iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 25.05.2015-ci il təvəllüdlü X3 atası X4, anası isə X1r. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 06.12.2021-ci il tarixli, 450 saylı arayışdan görünür ki, X5 30.03.2017-ci il tarixdə Bilgəh qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X5 25.05.2015-ci il tarixdə doğulmuş, 30.03.2017-ci il tarixdə isə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 07.12.2021-ci il tarixli, 05/q-2803/13 saylı cavab məktubundan görünür ki, ərizəçiyə X3 adına ölün haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olması izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X3 dayısının dostudur. Bildiyinə görə, uşaq xəstə olub, qızdırması qalxıb və 30.03.2017-ci il tarixdə qəflətən rəhmətə gedib. Dəfndə şəxsən iştirak etməsə də, uşağın Bakı kəndlərinin birində dəfn olunmasından məlumatı var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində məhkəməyə bildirdi ki, o, mərhum X3 dayısının dostudur. Ailəlikcə yaxındırlar. 30.03.2017-ci il tarixdə uşağın dayısı Nümayəndə ona zəng etdi və bildirdi ki, ailələrində belə bir bədbəxt hadisə baş verib. Uşaq xəstə idi, qızdırması qalxıb və qəflətən dünyasını dəyişib. Uşağın Albalılıq qəbirstanlığında dəfn edilməsindən məlumatı var. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 25.05.2015-ci il təvəllüdlü X3 30.03.2017-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 25.05.2015-ci il təvəllüdlü X3 30.03.2017-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar